Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-440/2025 08.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, X1 (Maraqlı şəxs) Abşeron Rayon Məhkəməsinin e-2(012)-95/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 95/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, xx.xx.2013-cü il təvəllüdlü oğlu X5 hər həftənin cümə, şənbə, bazar günü gecə qalmaq şərti ilə, eləcə də uşağın ad günü və bayram günləri iki və daha artıq olduqda, bayram günlərinin iki günü saat 11:00-dan 18:00-dək, Yeni il, Novruz bayramı, Qurban və Ramazan bayramlarının ilk iki günü və 01 iyun X3 Günü ananın iştirakı olmadan ünsiyyətdə olmağı barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ərizəçi və maraqlı şəxs məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdirlər. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə ərizəçi və maraqlı şəxs xx.xx.2025-ci il tarixə, saat 12:10-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 (Maraqlı şəxs) Abşeron Rayon Məhkəməsinin e-2(012)-95/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-440/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-440/2025
08.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver