Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-441/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-2590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 386 manat alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 2590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 386 manat aliment tutularaq Tələbkar ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırki vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində Zərdab rayonu, Xanməmmədli kəndi ərazisində 3,6657 ha (payı 1.8329 ha) torpaq sahəsinin olması müəyyən edilmişdir. Belə olan halda, Borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Borclu xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar olan aliment borcunu 07 sentyabr 2023-cü il tarixdə tam ödədiyini və heç bir borcunun olmadığını bildirmiş və təqdimatın rədd edilməsini xahiş etmişdir. Təqdimatı vermiş şəxs və tələbkar məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə ki, icra sənədi üzrə borclu tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2023-cü tarixli ********* saylı qəbzdən görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə Tələbkar hesabına 2462 manat pul köçürmüşdür. - Abşeron rayon Məhkəməsinin 8(012)-312/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı təmin edilmiş, Borclu mülkiyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Beləliklə, təqdimat və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı borclunun tələbkar qarşısında aliment öhdəliyini yerinə yetirərək icra sənədi üzrə borcunu ödəməsi, həmçinin sözügedən əmlak üzərinə Abşeron rayon Məhkəməsinin 8(012)-312/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulması öz təsdiqini tapdığından borcluya məxsus daşınmaz əmlakın üzərinə təkrar həbsin qoyulmasına zərurət yoxdur. Ona görə də təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı əsassız olduğundan təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-441/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-441/2023
12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver