Məhkəmə qərarları › İş №8(012)-441/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-441/2025

15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-441/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4326/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli, 250684 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 13600 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manatın cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova məhkəməyə təqdimatla müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4326/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi təmin etmək məqsədilə Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Barbershop AA Company”-də yerləşən “Vaneva Moonlight” markalı lazer cihazının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4326/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 13731 manat məbləğində borc pul vəsaiti alınaraq Tələbkar MMC-yə ödənilməlidir. Belə ki, qeyd edilən iş üzrə Borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbi yerinə yetirməmiş və göstərilən borc məbləğindən iş üzrə tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Barbershop AA Company”-də yerləşən “Vaneva Moonlight” markalı lazer cihazı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4326/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4076 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Borclu payına olan hissəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə müvafiq qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsaslanaraq, o, icra sənədi üzrə tələbi təmin etmək məqsədilə Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Barbershop AA Company”-də yerləşən “Vaneva Moonlight” markalı lazer cihazının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)-4326/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra olunmadığından Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Barbershop AA Company”-də yerləşən “Vaneva Moonlight” markalı lazer cihazının üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın təqdimatı təmin edilsin. Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Barbershop AA Company”-də yerləşən “Vaneva Moonlight” markalı lazer cihazının üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar