Məhkəmə qərarları › İş №8(012)-442/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-442/2024

10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-442/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X6 iştirakı ilə, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarından Tələbkar ASC-nin nümayəndəsi Qəhrəman Qarayev tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixinə ödənilməmiş 549,48 manat əsas, 42,78 manat faiz borcu olmaqla, ümumilikdə 592,26 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Tələbkar ASC-nin nümayəndəsi Qəhrəman Qarayev həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayevin “icraata xitam verilməsi haqqında” xx.xx.2019cu il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icra olunması üçün yenidən Maraqlı şəxsnə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında şikayəti belə əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 592,26 manat məbləğində pul vəsaiti, o cümlədən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Bir müddət əvvəl tələbkar adından Maraqlı şəxs ilə əlaqə saxlanılaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə Borclu aid hissədə verilmiş icra vərəqəsinin icra vəziyyəti sorğulanan zaman həmin şöbədən bildirilmişdir ki, icra məmuru Fəqan Murtuzayevin “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə həmin icra işi üzrə icraata xitam verilərək icra sənədi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. İcra məmuru icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etməsinin səbəbi kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünün müəyyən edilməsi göstərmişdir. Qeyd edir ki, icra məmuru Fəqan Murtuzayevin “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinin tələblərinə zidd olaraq Tələbkar ASC-yə göndərilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayevin xx.xx.2019-cu il tarixli qərarının surəti 09.09 2024-cü il tarixdə Tələbkar ASC-yə təqdim edilmişdir. Hesab edirlər ki, icra məmuru Fəqan Murtuzayevin “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün yenidən Maraqlı şəxsnə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kreditin verilmə müddəti, ödənilmədiyi (problemli kredit statusu) müddət, xarici və ya milli valyutada kredit üzrə qalıq borcunun məbləği (eyni zamanda həmin vətəndaşın bütün bank və ya kredit təşkilatları qarşısında mövcud öhdəlikləri üzrə borcunun cəmi məbləği nəzərə alınmaqla) həmin fərmanda qeyd edilən tələblərə uyğun gəlməlidir. Bu baxımdan istənilən vətəndaşın kreditinin qeyd olunan fərmana uyğunluğu Maliyyə Bazarlarına Nəzarət orqanı tərəfindən müəyyən edilməli və həmin məlumatlar xüsusi formada aid olduğu vətəndaşın özünə, eləcədə digər prosedurların həyata keçirilməsi üçün müvafiq bank və ya kredit təşkilatına göndərilməlidir. Bundan sonra həmin problemli krediti olan vətəndaşla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması və qeyd olunan kredit üzrə məhkəmədə və ya icra orqanlarında olan işlərin aid olan bank və ya kredit təşkilatı tərəfindən geri götürülməsi tövsiyə edilmişdir. Göründüyü kimi fiziki şəxslərin istənilən problemli kreditlərinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşüb-düşməməsi Maliyyə Bazarlarına Nəzarət orqanın, ona aid işin məhkəmədən və ya icra orqanlarından geri götürülməsi (baxılmamış saxlanılması və ya icra icraatına xitam verilməsi) isə icra məmurunun deyil, aid olduğu bank və ya kredit təşkilatının səlahiyyətindədir. Şikayətə əlavə edilmiş Tələbkar ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı Tələbkar ASC-nin cavabdeh Borclu və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)- 7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə (xx.xx.2013-cü il tarixli, 13011- 1350/376308 saylı kredit müqaviləsi) onun krediti Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, (Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə) Borclu 478 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində borcu mövcuddur. Göründüyü kimi borclular Borclu və X3 Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə hal-hazırki tarixə Tələbkar ASC-yə 478 məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində borcu mövcuddur. Hesab edirlər ki, belə olan halda qeyd olunan icra sənədi üzrə Borclu aid hissədə icraata xitam verilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən o, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından Tələbkar ASC-nin nümayəndəsi Qəhrəman Qarayev tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixinə ödənilməmiş 549,48 manat əsas, 42,78 manat faiz borcu olmaqla, ümumilikdə 592,26 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən sözügedən qətnamə əsasında verilmiş icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Lakin iş materiallarında olan Tələbkar ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı Tələbkar ASC-nin cavabdeh Borclu və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)- 7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə (xx.xx.2013-cü il tarixli, 13011- 1350/376308 saylı kredit müqaviləsi) Borclu krediti Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Borclu 478 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində borcu mövcuddur. Lakin icra məmuru qanunsuz olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanına əsaslanaraq icra sənədinin icraatına xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)- 7404/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-7404/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar