Məhkəmə qərarları › İş №8(012)-450/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-450/2024

21.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-450/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Tələbkar "xxxx" ASC tərəfindən Maraqlı şəxs “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2016-cı il tarixli qərarından verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-1500/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən cavabdehlər Borclu və X2 "xxxx" ASC-nin xeyrinə 997,03 manat məbləğində əsas, 80,95 manat faiz borcu, ümumilikdə 1098,73 manat məbləğində borc, 11 manat notariat xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Maraqlı şəxs xx.xx.2016-cı il tarixli qərarı ilə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və ya gəlirlərini aşkar etmək məqsədilə müvafiq aidiyyəti orqanlara edilmiş sorğulara cavab olaraq tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilmədiyindən, həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu yaşadığı və qeydiyyatda olduğu ünvana baxış keçirilərkən borclunun siyahıya alınası əmlakı aşkar edilmədiyindən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1500/2016 saylı icra sənədinin aidiyyəti üzrə məhkəməyə qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Qəhrəman Qarayev həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Məmməd Müsəllimovun xx.xx.2016-cı il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)- 1500/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin Borclu aid hissədə icra olunması üçün yenidən Maraqlı şəxsnə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında şikayətini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1500/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən cavabdehlər Borclu və X2 cəmi 1129,73 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1500/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri Borclu aid hissədə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra vərəqəsinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Məmməd Müsəllimov xx.xx.2016-cı il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Onu da qeyd edirlər ki, icra məmuru Məmməd Müsəllimovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2016-cı il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq tələbkar "xxxx" ASC-yə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Maraqlı şəxs icra məmuru Məmməd Müsəllimovun xx.xx.2016-cı il tarixli qərarının surəti xx.xx.2024-cü il tarixdə tələbkar "xxxx" ASC-yə təqdim edilmişdir. Hesab edirlər ki, icra məmuru Məmməd Müsəllimovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2016-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-1500/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri icra olunması üçün yenidən Maraqlı şəxsnə qaytarılmalıdır. Belə ki, icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2016-cı il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmaması göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin icra məmuru borclu (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və ya onun gəlirlərinin olub-olmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə icra məmuru Məmməd Müsəllimov bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o bunları da etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Eyni zamanda icra məmuru nəzərə almamışdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən borclu verilmiş könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə onun barəsində müxtəlif növ məcburi icra tədbirlərinin görülməsi nəzərdə tutulur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində borclu barəsində tətbiq oluna biləcək əmlak xarakterli məcburi icra tədbirləri sadalanmış, eyni zamanda həmin Qanunun 43.1.5-ci maddəsində isə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərin də tətbiq edilməsi nəzərdə tutulmuşdur. Borclunun banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təşkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu təqdirdə icra məmuru Məmməd Müsəllimov bu icra tədbirlərini də tətbiq etməmişdir. Bundan əlavə borclunun birgə nikah dövründə əldə olunmuş tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlakının, qızıl-zinət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü şəxslərdə əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda icra sənədinin icrası üçün xeyli sayda və növdə məcburi icra tədbirləri tətbiq edilməli olduğu halda icra məmuru Məmməd Müsəllimov bu icra tədbirlərinin heç birini tətbiq etmədən qanunsuz və əsassız olaraq xx.xx.2016-cı il tarixli qərar qəbul edərək icra vərəqəsini icra olunmadan məhkəməyə qaytarmışdır. Odur ki, qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra məmuru sözügedən icra sənədinin geri qaytarılmasına əsas kimi tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və ya gəlirlərini aşkar etmək məqsədilə müvafiq aidiyyəti orqanlara edilmiş sorğulara cavab olaraq tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlirin, həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu yaşadığı və qeydiyyatda olduğu ünvana baxış keçirilərkən borclunun siyahıya alınası əmlakının aşkar edilməməsi göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. İcra məmuru sözügedən qərarı qəbul edərkən Borclu əmlak vəziyyətini müfəssəl şəkildə yoxlamamış və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Bundan əlavə icra məmuru borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirlərin görülməsi barədə müvafiq akt tərtib etməli olduğu və həmin aktın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Borclu banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təşkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu təqdirdə icra məmuru bu icra tədbirlərini də tətbiq etməmiş, bundan başqa borclunun birgə nikah dövründə əldə olunmuş tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlakının, qızıl-zinət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü şəxslərdə əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Beləliklə, icra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini nəzərə almadan qərar qəbul etdiyi üçün məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmurunun xx.xx.2016-cı il tarixli qərarı ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1500/2016 saylı icra sənədi Borclu aid hissədə icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmurunun xx.xx.2016-cı il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1500/2016 saylı icra sənədi Borclu aid hissədə icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar