Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-458/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu MMC-nin avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2022 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu MMC-dən (Vöen **********) 25553,83 manat məbləğində dividen və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu MMC-nə məxsus “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı onunla əsaslandırmışdır ki, cavabdeh Borclu MMC-dən (Vöen **********) 25553,83 manat məbləğində dividen və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. “Elektron icra” sistemindən əldə edilən məlumata əsasən Borclu MMC-nə məxsus “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobillərin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimat vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu MMC-nin əmlak məlumatlarından çıxarışdan görünür ki, “Daewoo BS090 Avtobus” markalı **-JA- *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Borclu MMC -nin balansındadır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Borclu MMC-nin Tələbkar olan 25553,83 manat məbləğində borcunun ödənilməsinin icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu MMC-nin balansında olan “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 Avtobus” markalı **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı sözügedən borc məbləği ilə bir-birinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin icrası məqsədilə təqdimatda göstərilən, Borclu MMC-nin balansında olan “Daewoo BS090 Avtobus” markalı **-JA-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı qismən təmin edilsin. Borclu MMC-nin balansında olan “Daewoo BS090 Avtobus” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-458/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-458/2024
17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver