Məhkəmə qərarları › İş №8(012)-460/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-460/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-460/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu iddiaçı X1 xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu iddiaçı X1 xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqənda qərar və könüllü icra ilə bağlı bildiriş BorcluT şəxsən təqdim edilmişdir. Borclu məhkəmə qərarından məlumatlı olmağına baxmayaraq o, aliment borcundan ümumiyyətlə ödəniş etməməsi məlum olmuş və belə olan halda xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərdə şöbəyə dəvət edilərək izahatları alınmış və məsuliyyətlə bağlı rəsmi xəbərdarlıqlar təqdim edilmişdir. Bununla əlaqədar, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə barəsində İXM-nin 528.1-ci və 528.1-1-ci maddələləri ilə tərəfimdən tərtib edilmiş protokollar üzrə o, Abşeron rayon Məhkəməsinin yuxarıda göstərilən müxtəlif tarixli qərarları ilə sözügedən xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada həbs edilmişdir. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclunun çoxsaylı xəbərdarlıqlardan, inzibati həbs növündə inzibati tənbehlərdən nəticə çıxarmayaraq aliment borcu artmış, izahatlarında “maddi imkanının zəif olmasını” əsas gətirərək, formal xarakterli izahatlarla kifayətlənmiş, aliment borcundan cəmi 70 manat ödəniş etməklə o, məhkəmə qərarının icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirmiş və cari tarixə olan aliment borcu 4110 manat təşkil edir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Eyni zamanda, məlumat üçün bildirir ki, BorcluM icra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə şöbəyə dəvət edilmiş, lakin buna baxmayaraq o, icra məmurunun çağırışı üzrə gəlmədiyindən, eyni zamanda, olduğu yeri müəyyən etmək mümkün olmadığından, həmin tarixdə borclunun axtarılmasına dair qərar qəbul edilərək icra edilməsi üçün Salyan rayon Polis şöbəsinə göndərilmiş və haqqında axtarış işi açılaraq hal-hazırda axtarışdadır. Göründüyü kimi borclunun hərəkətlərini (hərəkətsizliyini) məhkəmə qərarının icrasına dair üzrsüz və qərəzli münasibət kimi qiymətləndirmək mümkündür və bununla bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi digər məcburi icra tədbirinin tətbiqinə zərurət yaranmışdır. Beləliklə, hesab edir ki, ilk növbədə məhkəmə qərarının icrasını təmin etmək və borclununun gələcəkdə ölkə hüdüdlarını tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə ölkədən gedmək hüququ müvəqqəti məhdulaşdırılması məqsədə müvafiqdir. Odur ki, yuxarıda qeyd olunanları və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq xx.xx.1983-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3nında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, onun xaricə getmək fikri yoxdur. Odur ki, təqdimatın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru, tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunu dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Abşeron Rayon Məhkəməsinin 2(012)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu iddiaçı X1 xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Tələbin könüllü icrası haqqında bildiriş və sms-bildirişlərin surətindən görünür ki, Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3nında yaşayan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar