Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-461/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-230/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu ümumilikdə 8085,23 manat pul vəsaitinin tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-230/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu ümumilikdə 8085,23 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra ilə bağlı bildiriş borcluya göndərilmiş, lakin sonradan borclunun yaşayış yeri dəyişdiyindən icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilmiş və sözügedən icra sənədi xx.xx.2025ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi icraata daxil olduqdan sonra xx.xx.2025-ci il tarixdə borclu şöbəyə dəvət edilmiş və icra sənədi üzrə borcundan ödəniş etməməsi məlum olmuşdur. Belə olan halda borclunun izahatı alınmış və məhkəmə qərarının icrasının məcburiliyi, habelə, qanunla nəzərdə tutulmuş məsuliyyət bir daha diqqətinə çatdırılmışdır. Beləliklə, sözügedən məhkəmə qərarının dörd il qabaq qanuni qüvvəsini almağına baxmayaraq, BorcluƏ bu müddət ərzində hissəvi ödənişlərin edilməsinə belə cəhd göstərməmiş, ona edilən xəbərdarlıqdan nəticə çıxarmayaraq, məhkəmə qərarının icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirmiş və bu səbəbdən borcu olduğu kimi qalmışdır. Borclunun cari tarixə olan borcu 8085,23 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Belə olan halda, hesab edir ki, ilk növbədə məhkəmə qərarının icrasını təmin etmək və borclunun gələcəkdə ölkə hüdüdlarını tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququ müvəqqəti məhdulaşdırılması məqsədə müvafiqdir. Odur ki, yuxarıda qeyd olunanları və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq xx.xx.1966-cı ildə anadan olmuş, İsmayıllı rayonunda qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru, tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İsmayıllı Rayon Məhkəməsinin 2(037)-230/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu ümumilikdə 8085,23 manat pul vəsaitinin tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməsi qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-230/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Tələbin könüllü icrası haqqında bildiriş və sms-bildirişlərin surətindən görünür ki, Borclu İsmayıllı Rayon Məhkəməsinin 2(037)-230/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1966-cı ildə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu, İsmayıllı şəhəri ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-461/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-461/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver