Məhkəmə qərarları › İş №8(012)-462/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-462/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-462/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1932/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu 4675,63 manat əsas borc, 259,01 manat faiz borcu, 1,7 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4936,34 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 69,36 manat dövlət rüsumunun əvəzinin Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1932/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu 4675,63 manat əsas borc, 259,01 manat faiz borcu, 1,7 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4936,34 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 69,36 manat dövlət rüsumunun əvəzinin Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı bildiriş BorcluD şəxsən təqdim edilmişdir. Könüllü icra müddəti bitdikdən sonra xx.xx.2025-ci il tarixdə borclu şöbəyə dəvət edilmiş və icra sənədi üzrə borcundan ödəniş etməməsi məlum olmuşdur. Belə olan halda borclunun izahatı alınmış və məhkəmə qərarının icrasının məcburiliyi, habelə, qanunla nəzərdə tutulmuş məsuliyyət bir daha diqqətinə çatdırılmışdır. xx.xx.2025-ci il tarixdə BorcluD yenidən şöbəyə dəvət edilmiş və məhkəmə qərarı üzrə borcundan ümumiyyətlə ödəniş etməməsi məlum olmuşdur. Bundan sonra borcluya məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı rəsmi xəbərdarlıq təqdim edilmişdir. Beləliklə, borclu izahatında “işləmədiyini" qeyd etsə də hesab edir ki, borclunun işsiz olması məhkəmə qərarının icrasından azad etmir, eyni zamanda, sözügedən BorcluD məhkəmə qərarını tam şəkildə icra edə bilməsə də, lakin hissəvi ödənişlərin edilməsinə belə cəhd göstərməmiş, ona edilən rəsmi xəbərdarlıqdan nəticə çıxarmayaraq, məhkəmə qərarının icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirmiş və borclunun cari tarixə olan borcu 5005,70 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Eyni zamanda, aparılmış icra tədbirləri nəticəsində borclunun istifadəsində ölkə hüdudlarını tərk etməyə imkan verən xarici pasportun olması müəyyən edilmişdir. Belə olan halda, hesab edir ki, ilk növbədə məhkəmə qərarının icrasını təmin etmək və borclunun gələcəkdə ölkə hüdudlarını tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququ müvəqqəti məhdulaşdırılması məqsədə müvafiqdir. Odur ki, yuxarıda qeyd olunanları və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq xx.xx.1964-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, o, 1 ildir ki, işdən çıxmışdır. O vaxta kimi hər ay 500 manat ödəniş etmişdir. Hazırda ödəniş etməyə imkanı yoxdur. Odur ki, təqdimatın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru, tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunu dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Abşeron Rayon Məhkəməsinin 2(012)-1932/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu 4675,63 manat əsas borc, 259,01 manat faiz borcu, 1,7 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4936,34 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 69,36 manat dövlət rüsumunun əvəzinin Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1932/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Tələbin könüllü icrası haqqında bildiriş və sms-bildirişlərin surətindən görünür ki, Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-1932/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1964-cü ildə Şamaxı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar