Məhkəmə qərarları › İş №8(012)-464/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-464/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-464/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3650/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixli, 200804-603284/2 saylı kredit müqaviləsi üzrə 6937,25 manat əsas, 1566,37 manat faiz borcu manat olmaqla, cəmi 8503,62 manat məbləğində borc və 105,44 manat ödənilmiş dövlət rüsumunun Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3650/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixli, 200804-603284/2 saylı kredit müqaviləsi üzrə 6937,25 manat əsas, 1566,37 manat faiz borcu manat olmaqla, cəmi 8503,62 manat məbləğində borc və 105,44 manat ödənilmiş dövlət rüsumunun Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmçinin tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Könüllü icra müddəti bitdikdən sonra xx.xx.2025-ci il tarixdə icra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə borclu şöbəyə dəvət edilmiş və o, məhkəmə qərarından məlumatlı olmadığını, habelə, könüllü icra ilə bağlı bildirişi almadığını qeyd etmişdir. Belə olan halda, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş borcluya şəxsən təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə BorcluƏ yenidən şöbəyə dəvət edilmiş və icra sənədi üzrə borcdan ümumiyyətlə ödəniş etməməsi məlum olmuşdur. Bu təqdirdə borcluya məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı rəsmi xəbərdarlıq təqdim edilmişdir. Cari tarixədək icra sənədi borclu tərəfindən icra edilməmiş və borcu 8609,06 manat təşkil edir. Eyni zamanda, bildirirəm ki, borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Bununla bağlı hesab edir ki, ilk növbədə məhkəmə qərarının icrasını təmin etmək və borclununun gələcəkdə ölkə hüdüdlarını tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə ölkədən gedmək hüququ müvəqqəti məhdulaşdırılması məqsədə müvafiqdir. Odur ki, yuxarıda qeyd olunanları və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq xx.xx.1982-ci ildə anadan olmuş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, o, hazırda işləmir. Həmçinin onun 3 övladı vardır və uşaqlara görə aliment ödəyir. Maddi imkanı olmadığından sözügedən icra sənədi üzrə borcunu ödəyə bilmir. Odur ki, o, təqdimatın təmin edilməmisə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru, tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunu dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Abşeron Rayon Məhkəməsinin 2(012)-3650/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixli, 200804-603284/2 saylı kredit müqaviləsi üzrə 6937,25 manat əsas, 1566,37 manat faiz borcu manat olmaqla, cəmi 8503,62 manat məbləğində borc və 105,44 manat ödənilmiş dövlət rüsumunun Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3650/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Tələbin könüllü icrası haqqında bildiriş və sms-bildirişlərin surətindən görünür ki, Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-3650/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1982-ci ildə Cəlaloğluda anadan olmuş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar