Məhkəmə qərarları › İş №8(012)-47/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-47/2024

30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-47/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Tələbkar LPO Tələbkar ASC tərəfindən Maraqlı şəxs icra məmuru Səbuhi Məmmədovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2017-ci il tarixli qərarından verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı icra sənədinə əsasən cavabdehlər Borclu və X1 Tələbkar ASC-nin xeyrinə 16462, 61 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun 26,30 manat hissəsinin tutulması qərara alınmışdır. Maraqlı şəxs icra məmuru Səbuhi Məmmədovun xx.xx.2017-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı icra sənədinin icrası mümkün olmadığı üçün Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Tələbkar LPO Tələbkar ASC həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Səbuhi Məmmədov tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar LPO Tələbkar ASC şikayətini onunla əsaslandırdı ki, Maraqlı şəxs icra məmuru Səbuhi Məmmədov xx.xx.2017-ci il tarixində Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Maraqlı şəxs icra məmuru Səbuhi Məmmədovun qərarı qanunsuzdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdehlər Borclu və X1 Tələbkar ASC-nin xeyrinə 16462, 61 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun 26,30 manat hissəsinin tutulması qərara alınmışdır. İcra sənədinin icra vəziyyəti ilə bağlı icra şöbəsinə verilmiş sorğu nəticəsində məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı icra sənədi xx.xx.2017-ci il tarixdə “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru sözügedən qərarı qəbul edən zaman sadəcə olaraq borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Həmçinin icraat dövründə borclu şəxsdən icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclunun gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəcəyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi Maraqlı şəxs icra məmuru Səbuhi Məmmədov “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə istinad edərək icra sənədinin qaytarılması haqqında qərar qəbul edərkən səhv qənaətə gəlmişdir. Sadəcə olaraq icra məmuru sözügedən qərarı qəbul etməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Maraqlı şəxs icra məmuru Səbuhi Məmmədovun xx.xx.2017-ci il tarixində Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən, o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra məmuru sözügedən icra sənədinin geri qaytarılmasına əsas kimi icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar olunmaması, tərəflərindən əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin heç bir nəticə verməməsi, bu səbəbdən icra sənədinin icrasının mümkün olmaması göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. İcra məmuru sözügedən qərarı qəbul edən zaman sadəcə olaraq borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Həmçinin icraat dövründə borclu şəxsdən icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclunun gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəcəyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Beləliklə, icra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini nəzərə almadan qərar qəbul etdiyi üçün məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)- 8154/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-8154/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar