Məhkəmə qərarları › İş №8(012)-474/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-474/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-474/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Abşeron rayon İcra şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi üzrə qəbul edilmiş “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarından tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə X3 və Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 1529 ABŞ dolları əsas, 229 ABŞ dolları cərimə olmaqla, cəmi 1758 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzinin tutulması əmr edilmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə dair Abşeron rayon İcra şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Borclu "xxxx" MMC-in xeyrinə cəmi 1758 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh Borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" MMC tərəfindən Abşeron rayon İcra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində müraciət ünvanlanmış, Abşeron rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkar "xxxx" MMC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Qeyd edirlər ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə cavabdeh Borclu "xxxx" MMC-yə hazırki tarixə qalıq borcu 1758 ABŞ dolları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsində əsasən tələbin icrası həmin qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda icra məmuru bu haqda müvafiq aktı tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfində yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Abşeron rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tərtib olunmamış, həmçinin adı çəkilən tələbkara təqdim edilməmişdir. Göstərilən qanunun 23.7-ci maddəsi üzrə tərəflər icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qəbul olunmuş qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edirlər ki, Abşeron rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu onlara xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə Abşeron rayon İcra şöbəsinə müraciətlər olunsa da yuxarıda qeyd edilən qərar tələbkara təqdim edilməmişdir. Bu hal icra sənədinin icrasız qalmasına, borcluların məhkəmə qərarının icrasından yayınmasına səbəb olmaqdadır. Onlar qeyd olunan xüsusatların nəzərə alınmasını, göstərilən icra sənədi üzrə icra məmuru tərəfindən məhkəməyə təqdim olunmuş geri qaytarılma qərarının nüsxəsinin sübut kimi məhkəmənin arxivindən çıxarılmasını və ya icra qurumundan tələb olunmasını xahiş edirlər. Odur ki, qeyd olunanlar əsasında o, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti araşdırıb hesab edir ki, Abşeron rayon İcra şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi üzrə qəbul edilmiş “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarından tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)- 3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə X3 və Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 1529 ABŞ dolları əsas, 229 ABŞ dolları cərimə olmaqla, cəmi 1758 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzinin tutulması əmr edilmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə dair Abşeron rayon İcra şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də şikayət ərizəsində yanlışlığa yol verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrini qətnamə olaraq qeyd etmiş, həmçinin Abşeron rayon İcra şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi üzrə qəbul edilmiş “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarın qəbul edildiyi tarixi şikayət ərizəsində göstərməmişdir. Bundan əlavə tələbkar təşkilatın nümayəndəsi Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi üzrə Abşeron rayon İcra şöbəsi tərəfindən “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərar qəbul edildiyini bildirərək, şikayət ərizəsinə Maraqlı şəxs tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu əlavə etsə də Maraqlı şəxs sözügedən cavab məktubunda Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədinin icra şöbəsinin icraatında olmadığı bildirilmiş və Abşeron rayon İcra şöbəsi tərəfindən “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərar qəbul edilməsi ilə bağlı hər hansı bir məlumat yer almamışdır. Beləliklə, tələbkar təşkilatın nümayəndəsi şikayət ərizəsinə sözügedən icra sənədi üzrə Abşeron rayon İcra şöbəsi tərəfindən “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərar qəbul edildiyini təsdiq edən hər hansı mötəbər sübut əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi üzrə qəbul edilmiş “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarından tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Abşeron rayon İcra şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3218/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi üzrə qəbul edilmiş “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarından tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 verdiyi şikayət geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar