Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-48/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Tələbkar «X1 Azərbaycan» QSC tərəfindən Maraqlı şəxs icra məmuru Mübariz Rüstəmovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarından verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(012)-8861/2016 saylı məhkəmə əmrinə əsasən Borclu “X1 Azərbaycan” QSC-nin xeyrinə əsas borc üzrə 233,06 manat, hesablanmış faiz borcu üzrə 22,41 manat, cərimə borcu üzrə 74,55 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 5,50 manat olmaqla cəmi 337,52 manat məbləğində borcun, dövlət rüsumuna görə 20 manat, rüsum üçün 1 manat məbləğində komissiya pulunun tutulması əmr edilmişdir. Maraqlı şəxs icra məmuru Mübariz Rüstəmovun xx.xx.2018-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(012)-8861/2016 saylı icra sənədinin hazırki mərhələdə icrası mümkün olmadığından aidiyyəti üzrə qaytarılması qərara alınmışdır. Tələbkar «X1 Azərbaycan» QSC həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Mübariz Rüstəmov tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(012)- 8861/2016 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar «X1 Azərbaycan» QSC şikayətini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-8861/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmrinə əsasən tələbkar “X1 Azərbaycan” QSC-nin ərizəsi təmin olunaraq Borclu cəmi 337,52 manat və 21 manat dövlət rüsumu məbləğində borcun tutulması qət edilmişdir. İcra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Abşeron Rayon İcra şöbəsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-8861/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icra məmuru Mübariz Rüstəmov tərəfindən xx.xx.2018ci il tarixdə “İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara almışdır. Belə ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2, 45.6, 45.8, 50 və 82-ci maddələrində qeyd edilən məcburi icra tədbirlərinin heç biri yerinə yetirməmiş, barəsində inzibati tənbeh tədbirlərin tətbiq edilməsi barədə məhkəməyə müraciət edilməmiş, həmçinin bununla yanaşı, borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Halhazırda Abşeron Rayon Məhkəməsinin 2(012)-8861/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə 262,52 manat və 21 manat ödənilməmiş qalıq borc mövcuddur. Qeyd olunanlara əsasən, o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra məmuru sözügedən icra sənədinin geri qaytarılmasına əsas kimi tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və ya gəlirlərini aşkar etmək məqsədi ilə tərəflərindən müvafiq aidiyyəti orqanlara göndərilmiş sorğulara cavab olaraq tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirin, həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı və qeydiyyatda olduğu ünvana baxış zamanı borclunun siyahıya alınası əmlakının aşkar edilməməsi göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. İcra məmuru sözügedən qərarı qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2, 45.6, 45.8, 50 və 82-ci maddələrində qeyd edilən məcburi icra tədbirlərinin heç birini yerinə yetirməmiş, borclu barəsində inzibati tənbeh tədbirlərin tətbiq edilməsi barədə məhkəməyə müraciət edilməmiş, həmçinin bununla yanaşı, borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Beləliklə, icra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini nəzərə almadan qərar qəbul etdiyi üçün məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(012)-8861/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(012)-8861/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-48/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-48/2024
30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver