Məhkəmə qərarları › İş №8(012)-481/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-481/2024

25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-481/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarından Tələbkar ASC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-5054/2014 saylı icra sənədi məhkəməyə qaytarılmışdır. Tələbkar ASC Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru İlyas Həsənovun xx.xx.2017-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-5054/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin icra olunması üçün yenidən Maraqlı şəxsnə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs icra məmuru İlyas Həsənov xx.xx.2017ci il tarixli qərarına əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-5054/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə, Borclu qarşı 2164.29 manat pul tutulmasına dair icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-5054/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi yenidən icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbələrinə göndərilməlidir. İcra sənədinin məhkəməyə qaytarılması qərarının mövcudluğundan, Abşeron Rayon Məhkəməsinin 2(012)-5054/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra vəziyyəti ilə bağlı Bankın sorğusuna cavab olaraq Maraqlı şəxs tərəfindən Banka xx.xx.2024-cü il tarixdə daxil olmuş 17/75-739/2024-K saylı məktubdan sonra məlumatları olmuşdur. Belə ki, icra sənədi üzrə borc tam ödənilmədiyi və icra sənədi üzrə qalıq borcun olduğu kimi yəni 2164,29 manat təşkil etdiyi halda icra məmuru tərəfindən qanunsuz olaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.3-cü maddəsinə istinad edilərək icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. İcra sənədinin qəbul edilməsindən 9 (doqquz) ildən artıq müddətin keçməsinə, üstəlik borclunun işləməsinə baxmayaraq icra sənədi icra edilməmişdir. Beləliklə hesab edir ki, hazırki qərar qanunvericiliyə və bankın mənafeyinə zidd olaraq qəbul edildiyindən ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, o, şikayətin təmin edilməsini xahiş etmişdir. Tələbkar ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənəddən görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-5054/2014 saylı icra sənədi məhkəməyə qaytarılmışdır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 4.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. 4.3-cü maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. 23.1.5-ci maddəsinə əsasən, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-5054/2014 saylı icra sənədinə əsasən, Borclu 2164,29 manat tutularaq "Azər-Türk Bank” ASC-nin xeyrinə ödənilməsi qərara alınmış, Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-5054/2014 saylı icra sənədi məhkəməyə qaytarılmışdır. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra hərəkətləri natamam aparılmış, qanunla nəzərdə ttutulmuş bir sıra icra hərəkətləri yerinə yetirilməmişdir. Belə ki, iş materiallarında olan icra işindən görünür ki, icra sənədinin icrası məqsədi ilə borclu barəsində axtarış qərarının verilməsi və qanunvericiliyin tələbinə əsasən digər məcburi icra tədbirləri (borclunun ölkədən gedişinin müvəqqəti məhdudlaşdırılması, borclunun inzibati məsuliyyətə cəlb olunması, məcburi gətirilmə barədə məhkəməyə təqdimat verilməsi və.s) həyata keçirilməmişdir. Buradan da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bütün lazımi tədbirlər tam olaraq görülməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, qeyd olunan icra sənədi ilə bağlı icra məmuru icra hərəkətlərini tam həyata keçirilmədiyindən Maraqlı şəxs icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-5054/2014 saylı icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-5054/2014 saylı icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar