Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-487/2022 21.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclunə məxsus əmlakların üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclunə məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclundən 19979.04 manat borc və 30 manat dövlət rüsumunun tutularaq X1, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclundən 31664.57 manat pul vəsaitinin tutularaq Tələbkar2 MMC-yə, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclundən 113597.15 manat borc və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-285/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclundən 310682 manat borc və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə, Kürdəmir rayon Məhkəməsinin 3(041)- 657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclundən 20000 manat pul vəsaitinin tutularaq dövlət nəfinə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)- 2768/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclundən 1200 manat pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədləri müxtəlif tarixlərdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Lakin hazırkı günədək icra sənədləri üzrə tələb könüllü olaraq borclu tərəfindən təmin edilməmişdir. Belə olan halda məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə olunan məlumata əsasən borclunun mülkiyyətində «X7» markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, “Tecnocar Yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, “X7” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X7» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X7» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X7» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X7» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X7» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X7» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “X4 Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “İveco Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı, “İsuzu NQR71P Yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208 (232P13) Yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF- *** dövlət qeydiyyat nişanlı, “ADR 4LW Yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Maz 642508 (233) Yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “İveco AT440S43TX/P Yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 3535 D Yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “X8 Minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Maz Yük” markalı, “**-JN-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, “SX5234GİBJS384 Yük” markalı, **-İN-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5320 Yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208 232P14 Yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 014 Yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208 232P14 Yük” markalı, **-İR-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 014 Yarımqoşqu” markalı, **-ZH- *** dövlət qeydiyyat nişanlı, “Vaz 21214 Minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5320 Xüsusi Yanacaqda” markalı, **-İT-*** dövlət qeydiyyat nişanlı, “X7” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “İsuzu NQR 71r Yük” markalı, **-İL-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208-(232P13) Yük” markalı, **-İP-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 Minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 Minik” markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən olunmuşdur. Ona görə də icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması və tələbin borclunun ümumi mülkiyyətdə olan payına yönəldilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Təqdimata münasibətdə məhkəməyə daxil olmuş etirazdan görünür ki, “Qara-Çay” şirkətinə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra Şöbəsinin verdiyi təqdimatda əsas kimi “Qara-Çay” şirkətinin "xxxx" ASC-yə 310682 manat borcuna dair icra sənədi də qeyd edilmişdir. Həmin işlə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatında olmuş 2-2(85)-285/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən “Qara-Çay” şirkəti ilə "xxxx" ASC arasında barışıq sazişi bağlanmışdır. Sazişə əsasən “Qara-Çay” şirkətinin "xxxx" ASC-yə olan borcunun 278160 manat və ƏDV üzrə 32522 manat olmaqla, cəmi 310682 manat olduğu, "xxxx" ASC-nin “Qara-Çay” şirkətinə olan borcunun isə 79900 manat və ƏDV üzrə 14382 manat olmaqla ümumilikdə, cəmi 94282 manat olduğu müəyyən edilmişdir. “Qara-Çay” şirkəti xx.xx.2018-ci il tarixdən başlayaraq "xxxx" ASC-yə olan borcunu 12 ay ərzində, hər ay 23180 manat və ƏDV üzrə 2710 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC xx.xx.2018-ci il tarixdən başlayaraq “Qara-Çay” şirkətinə olan borcunu 6 ay ərzində, hər ay 15000 manat və ƏDV üzrə 2700 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən sazişin tələblərinə əməl olunaraq “Qara-Çay” şirkətinə olan borcu tam ödənilmişdir. “Qara-Çay” şirkəti tərəfindən sazişin tələbləri pozulduğundan Abşeron rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Qara-Çay” şirkətinin bank hesabları üzərinə inkasso sərəncamı qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə “Qara-Çay” şirkətinin "xxxx" ASC-də olan bank hesabından "xxxx" ASC-nə olan 310682 manat da olmaqla, icra işləri üçün ümumilikdə 393331.74 manat pul vəsaiti silinmişdir. Beləliklə, icra sənədi üzrə “Qara-Çay” şirkətinin "xxxx" ASC-nə olan borcu tam ödənilmişdir. Vüqar Axundova münasibətdə də iddianın təmin tədbiri kimi Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə “Qara-Çay” şirkətinə məxsus ** AC *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı, ** AC *** dövlət qeydiyyat nişanlı Mitsubishi 1200 markalı, ** PE *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı və ** PD *** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı minik avtomobillərinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan verilmiş şikayət Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 535/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. Daha sonra, “Qara- Çay” şirkətinə məxsus olan həmin avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmuş, lakin Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Eyni zamanda, icra məmurları bank hesablarını yoxlamadan birbaşa istehsalatda istifadə olunan texnikalar üzərinə həbsin qoyulması xahişi ilə məhkəməyə təqdimatla müraciət etmişlər. Belə ki, “İcra haqqında” Qanunun 45-ci maddəsinə əsasən, icra məmuru qanunun həmin maddəsinin bütün tələblərinin pozulması ilə müşahidə olunan məlum təqdimatla məhkəməyə müraciət etmişdir. Ona görə də təqdimatın təmin olunmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Borclu nümayəndəsi Nümayəndə təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, borclu Qara Çay Şirkəti "xxxx" MMC ilə danışıqları aktivləşdirmiş, MMC-nin balansında tikililər vardır ki, həmin tikililərin əvəzləşdirilməsi barədə razılıq əldə olunacaqdır. Elektromaş MMC ilə danışıqlar aparılır, Qaçqınkomdan 541000 manat borc alındığı təqdirdə podratçı olaraq Qaraçay MMC subpodratçı olan Elektroqaz MMC-yə ödənişlər edəcəkdir. Bayram günləri Qara Çay şirkətinin fəaliyyətini zəiflətdiyindən bəzi tələbkarlarla danışıqlar aparılması ləngimişdir. Norm ASC-yə isə ödənişin edilməsi təmin edilmişdir. Bununla yanaşı, qeyd edir ki, icra məmuru tərəfindən İcra haqqında Qanunun 45-ci maddəsinin tələblərinə düzgün riayət edilməmişdir. Ona görə də təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Təqdimatı vermiş şəxs, tələbkarlar Tələbkar2 MMC, "xxxx" MMC və "xxxx" ASC-nin nümayəndələri məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin tərəflərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun nümayəndəsinin izahatını dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-285/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 310682 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-285/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-2768/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 1200 manat pul vəsaiti tutularaq dövlət nəfinə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-2768/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Kürdəmir rayon Məhkəməsinin 3(041)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Borclundən 20000 manat pul vəsaiti tutularaq dövlət nəfinə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Kürdəmir rayon Məhkəməsinin 3(041)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 113597.15 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 31664.57 manat pul vəsaiti tutularaq Tələbkar2 MMC-yə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Norm ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 213 saylı məktubdan görünür ki, “Qara-Çay” şirkətinə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra Şöbəsinin verdiyi təqdimat əsasında 8(012)-487/2022 saylı məhkəmə işi vardır. Həmin təqdimatda əsas kimi “Qara-Çay” şirkətinin "xxxx" ASC-yə 310682 manat borcunun olması ilə bağlı olan icra sənədi də qeyd edilmişdir. Həmin işlə bağlı qeyd olunur ki, Abşeron rayon İcra Şöbəsinin icraatında olmuş 2-2(85)-285/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən “Qara-Çay” şirkəti ilə "xxxx" ASC (saziş bağlanılarkən MMC) arasında barışıq sazişi bağlanmışdır. “Qara-Çay” şirkəti tərəfindən sazişin tələbləri pozulduğundan, Abşeron rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Qara-Çay” şirkətinin bank hesabları üzərinə inkasso sərəncamı qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə “Qara-Çay” şirkətinin "xxxx" ASC-də olan bank hesabından "xxxx" ASC-yə olan borc məbləğində pul vəsaiti silinmişdir. Beləliklə, icra sənədi üzrə “Qara-Çay” şirkətinin "xxxx" ASC-yə olan borcu tam ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, icraatda olan 8(012)-487/2022 saylı məhkəmə işi üzrə təqdimatın rədd edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Mülki iş materiallarından göründüyü kimi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(085)-285/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə Borclundən 310682 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-2768/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə Borclundən 1200 manat pul vəsaiti tutularaq dövlət nəfinə, Kürdəmir rayon Məhkəməsinin 3(041)- 657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə Borclundən 20000 manat pul vəsaiti tutularaq dövlət nəfinə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə Borclundən 113597.15 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə Borclundən 31664.57 manat pul vəsaiti tutularaq Tələbkar2 MMC-yə ödənilməlidir. Həmin icra sənədləri üzrə icraata başlanılmış və icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə icra məmuru borclunun mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Qanunun: 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə eyni zamanda, qeyd edir ki, “İcra haqqında Qanun”un: 45.2. maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. maddəsinə əsasən, borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.8. maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Beləliklə də, qanunun tələblərindən göründüyü kimi, icra məmuru tərəfindən tələbin borclunun əmlakına yönəldilməsi proseduru bu əmlakın üzərinə həbs qoyulması, götürülməsi və satılmasından ibarətdir. Lakin bununla belə, qanunvericilik icra sənədlərinin icrasının təmin edilməsi istiqamətində icra məmuru tərəfindən hüquqi prosedur ardıcıllığını tənzimləmiş və icra məmuru tərəfindən həmin ardıcıllığa riayət olunmaqla əmlakın üzərinə həbsin qoyulması icra tədbiri həyata keçirilmişdir. İcra haqqında Qanunun 45-ci maddəsi icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitlərinə, həmin pul vəsaitləri olmadıqda borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəlməli, borclunun yetərli pul vəsaitləri olmadıqda, tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldilməsi təmin edilməlidir. Qanunun tələblərindən göründüyü kimi, icra məmuru tərəfindən icra sənədləri üzrə tələbin təmin edilməsi məqsədilə borclu Qara Çay Şirkətinin bank hesablarında olan xarici və ya manatla olan pul vəsaitlərinə tələbin yönədilməsi təmin edilməmiş, bu barədə sorğu verilməmiş, verildiyi halda isə bu barədə mötəbər sübutlar təqdimata əlavə olunmamış, birbaşa olaraq borclunun mülkiyyətində olan avtomobillərin üzərinə həbsin qoyulmaqla həmin avtomobillərin dəyərinə uyğun olaraq borcun ödənilməsi xahiş olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, İcra haqqında Qanunun 45.8. maddəsi borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələbin onun ümumi mülkiyyətdə olan payına yönəldilməsini də istisna etməmiş və təqdimatda icra məmuru borclunun ümumi mülkiyyətdə olan payına borcun yönədilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, icra məmuru təqdimatında istinad etdiyi həmin halı, yəni borclunun ümumi mülkiyyətində əmlakın olmasını, olduğu halda isə həmin əmlakların nədən ibarət olduğunu sübuta yetirə bilməmişdir. Bununla yanaşı, məhkəmə eyni zamanda qeyd edir ki, icra məmuru Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu X1 olan 19979.04 manat borc və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsinin təmin edilməsini xahiş etmiş olsa da, həmin icra sənədini təqdimata əlavə etməmiş, bununla da təqdimatı əsaslandıra bilməmişdir. Halbuki, məhkəmə, qərar qəbul edərkən icra məmurunun əsaslandırılmış təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı əsassız olduğundan təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-487/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-487/2022
21.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver