Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-487/2025 27.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 16(012)-1527/2018 saylı qətnaməyə əsasən, cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İlkin olaraq verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)- 1527/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Borclu qızından 3000 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İkinci olaraq verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)- 1527/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı qərardadınin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, şöbənin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1527/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu X1 3000 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalı olduğu göstərilmiş, lakin icra sənədinin verilməsinə əsas olmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-1527/2018 saylı qətnaməsində borclu X2 tərəfindən ödənilməli olan borc məbləği 1500 (bir min beş yüz) manat olaraq göstərilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1527/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi və Abşeron Rayon Məhkəməsinin 2(012)- 1527/2018 saylı qətnaməsi arasında borc məbləği ilə bağlı yaranmış ziddiyətin aydınlaşdırılması məsələsinə dair izah verilməsini xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə icra sənədi üzrə icra məmuru, borclu və tələbkar məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək, sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 16(012)-1527/2018 saylı qətnaməyə əsasən, cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutulması qərara alınmış, ilkin olaraq verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Borclu qızından 3000 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutulması qərara alınmış və ikinci olaraq verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)- 1527/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar iş üzrə xx.xx.2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı qərardadınin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Lakin qərardadın icrası mərhələsində çətinliklərin yaranması onun icrasına maneə yaradan hal olmuş, həmin icra sənədinə müəyyən aydınlıq gətirilməklə, yəni qərəzli hərəkətlər dedikdə konkret hansı hərəkətlər başa düşülməsi barədə müvafiq izahın verilməsi üçün icra məmuru tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə icra sənədinin izah verilməsinə dair icra məmurunun ərizəsində göstərilənlərə əsasən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 16(012)- 1527/2018 saylı qətnaməyə əsasən, cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Qətnaməyə əsasən ilkin olaraq verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı icra vərəqəsində texniki səhvə yol verilmiş və cavabdeh Borclu qızından 3000 manat məbləğində pul vəsaitinin Tələbkar xeyrinə tutulması göstərilmiş, sonradan icra vərəqəsi düzgün formada ikinci dəfə verilərək, cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Göründüyü kimi Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 16(012)-1527/2018 saylı qətnaməsində göstərilən məbləğ ikinci dəfə verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı icra vərəqəsində göstərilən məbləğlə eynilik təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin olaraq verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)- 1527/2018 saylı icra vərəqəsində yalnışlıq olduğundan nəzərə alınmamalı, ikinci dəfə verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı icra vərəqəsi nəzərə alınaraq icra edilməli və cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın ərizəsi təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı qərardadınə aşağıdakı məzmunda izah verilsin: “İlkin olaraq verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)- 1527/2018 saylı icra vərəqəsi nəzərə alınmasın, ikinci dəfə verilən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 16(012)-1527/2018 saylı icra vərəqəsi nəzərə alınaraq icra edilsin və cavabdeh Borclu qızından 1500 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulsun.” Qərardadın icraatın dayandırılmasına dair hissəsindən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-487/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-487/2025
27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver