Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-488/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İcra sənədi özrə Borclu məxsus daşınar əmlakın üzərindən həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu məxsus "Opel Astra H" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1193/2022-025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 və Borclu birgə qaydada Tələbkar ASC-nin xeyrinə 8900 manat və ödənilmiş dövlət rösumunun əvəzi kimi 112 manat məbləğində pul tutulmalıdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-255/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus "Opel Astra H" markalı, **-SS-*** dqn-lı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə xx.xx.2025-ci il tarixində “İcra haqqında” Qanunun 20.1.5 və 20.2-ci maddəsinə əsasən xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Qanunun 85-ci maddəsini rəhbər tutaraq Borclu məxsus "Opel Astra H" markalı, **-SS-*** dqn-lı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.Göstərilənlərə əsasən təqdimat təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimat verən icra məmuru, tələbkarın nümayəndəsi və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-1193/2022 saylı icra sənədinə əsasən Borclu cəmi 8900 manat məbləğində pul və 112 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-255/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus olan "Opel Astra H" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar ASC xx.xx.2025-ci il tarixli ərizə ilə icra qurumuna müraciət edərək, bildirmişdir ki, Borclu və X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1193/2022 saylı icra sənədində göstərilən borcu Tələbkar ASC-yə tam ödəmişlər və buna görə də icra sənədi üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, borcunu tam həcmdə ödədiyi üçün Borclu mülkiyyətində olan "Opel Astra H" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-255/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)- 1193/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan "Opel Astra H" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-488/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-488/2025
14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver