Məhkəmə qərarları › İş №8(012)-494/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-494/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-494/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-28/2020 saylı, 03 fevral 2020-ci il tarixli qərardadı ilə bağlı Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-27/2010 saylı xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 26 noyabr 2007-ci il tarixli anadan olmuş X2 və 08 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1 üçün Tələbkar xeyrinə hər ay 120 manat məbləğində aliment tutulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-28/2020saylı, 03 fevral 2020-ci il tarixli qərardadına əsasən Abşeron rayon İcra Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilmiş, Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən sahəsi 0,6761 ha olan dövlət reyestrində **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən sahəsi 0,6761 ha olan dövlət reyestrində **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-27/2010 saylı xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 26 noyabr 2007-ci il tarixli anadan olmuş X2 və 08 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1 üçün Tələbkar xeyrinə hər ay 120 manat məbləğində aliment tutulmalıdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-28/2020saylı, 03 fevral 2020-ci il tarixli qərardadına əsasən Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən sahəsi 0,6761 ha olan dövlət reyestrində **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi tələbkarın ərizəsinə əsasən xx.xx.2024-cü il tarixində “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar tərəfindən Abşeron Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Borclu aliment borcunu tam ödəmişdir. Hazırda cavabdehin qeyd olunan icra sənədi üzrə borcu olmadığını və icra işi üzrə görülmüş icra tədbirlərinin ləğv edilməsini və torpağın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən sahəsi 0,6761 ha olan dövlət reyestrində **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-28/2020saylı, 03 fevral 2020 -ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən sahəsi 0,6761 ha olan dövlət reyestrində **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar