Məhkəmə qərarları › İş №8(012)-495/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-495/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-495/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 17 may 2021-ci il tarixdən hesablanmış 840909 manat məbləğində əsas borc, 9000 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 850439 manat məbləğində pul vəsaiti iddiaçı Aəzrbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf agentliyinin xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən əmlak kompleksi (istixana avadanlığı) üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra və probasiya şöbəsinin icraatında olan Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 17 may 2021-ci il tarixdən hesablanmış 840909 manat məbləğində əsas borc, 9000 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 850439 manat məbləğində pul vəsaiti iddiaçı Aəzrbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf agentliyinin xeyrinə tutulması göstərilmiş, qeyd edilən icra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. İcra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixli ərizə ilə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən əmlak kompleksi (istixana avadanlığı) olduğunu bildirmi və İcra Haqqında Qanunun 45.6-cı maddəsinə əsasən borc tələbin həmin əmlaka yönəldilməsini xaiş etmişdi. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən əmlakın üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinə əsasən Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən əmlak kompleksi (istixana avadanlığı) üzərinə həbs qoyulmaqla tələbin həmin əmlaka yönəldilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan arayışdan görünür ki, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən əmlak kompleksi (istixana avadanlığı) Borclu mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 26/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən əmlak kompleksi (istixana avadanlığı) üzərinə həbs qoyulmaqla tələbin həmin əmlaka yönəldilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən əmlak kompleksi (istixana avadanlığı) üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar