Məhkəmə qərarları › İş №8(012)-496/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-496/2023

13.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-496/2023 13.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, X1 tərəfindən Abşeron Rayon Məhkəməsinin İcraata başlamaq haqqında Xətai rayon İcra Şöbəsinin icra məmuru Maraqlı şəxs 25 aprel 2023-cü il tarixli qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 tərəfindən Abşeron Rayon Məhkəməsinin İcraata başlamaq haqqında Xətai rayon İcra Şöbəsinin icra məmuru Maraqlı şəxs 25 aprel 2023-cü il tarixli qərarından şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, şikayətin təmin edilməsi, icraata başlamaq haqqında Xətai rayon İcra Şöbəsinin icra məmuru Um arov Vüsal Soltanverdi oğlunun 25 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti, mülki iş materiallarını araşdıraraq hesab edir ki, X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdən və iş materiallarından görünür ki, İcra sənədi Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş, Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən İcraata başlamaq haqqında 25 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, icra sənədi Xətai rayon icra şöbəsi tərəfindən icra edildiyindən şikayətçi X2 aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etməli olduğu halda Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən şikayət geri qaytarılmalı, şikayətçiyə aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə şikayət verilməsi izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 363, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən Abşeron Rayon Məhkəməsinin İcraata başlamaq haqqında Xətai rayon İcra Şöbəsinin icra məmuru Maraqlı şəxs 25 aprel 2023-cü il tarixli qərarından verilmiş şikayətə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar