Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-498/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov Qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə X2 tərəfindən verilmiş ərizəyə baxaraq MÜƏYYƏN ETDİM : Tələbkar-ərizəçi X2 ərizə ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana saxlanması üçün qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 245 manat sabit pul məbləğinin cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151ci maddələrinin, eyni zamanda, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra İcra haqqında Qanun adlanacaq) 84.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu səbəbdən də, məhkəmə qanunun tələblərinə istinad edərək, tələbkar tərəfindən verilmiş ərizənin geri qaytarılması əsası olaraq, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etmək qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşin faktiki hallarından göründüyü kimi tələbkar-ərizəçi məhkəməyə yalnız ərizə ilə müraciət etmiş, indeksasiya edilməsi tələb olunan sənədləri işə əlavə etməmişdir. Beləliklə ərizənin verilməsinin forma və məzmununa riayət edilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, təqdimatın formasına riayət edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki– Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə X2 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-498/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-498/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver