Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-502/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu ölkədən getmək hüququnun borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3957/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdeh Borclu 14000 manat pulun və 132 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3957/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X1 borca görə 14090 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 14225 manat pul vəsaitinin alınaraq iddiaçı X3 xeyrinə tutulması qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu ölkədən getmək hüququnun borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı tədqiq edərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, icra məmuru təqdimatının məzmununda icra sənədinin nəticə hissəsi ilə bağlı qeydində uyğunsuzluğa yol vermişdir, yəni iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3957/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 14000 manat pulun və 132 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilməsinə baxmayaraq təqdimatda sözügedən icra sənədinin deyil, başqa icra sənədinin nəticə hissəsi qeyd edilmişdir. Bundan əlavə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3957/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən də göründüyü kimi Tələbkar icra sənədi üzrə tələbkar, Borclu isə borclu olmasına baxmayaraq icra məmuru təqdimatın giriş hissəsində yanlışlığa yol verərək Tələbkar əvəzinə X4 tələbkar, Borclu əvəzinə X2 borclu kimi göstərmişdir. Belə olan halda məhkəmə təqdimatın araşdırılmasını və hüquqi qiymət verilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci və 152.2-ci maddələrinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu ölkədən getmək hüququnun borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu ölkədən getmək hüququnun borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılsın. İcra məmuruna təqdimatın qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-502/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-502/2024
28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver