Məhkəmə qərarları › İş №8(012)-502/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-502/2025

13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-502/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Tələbkar iştirakı ilə, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev tərəfindən verilmiş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin Borclu maddi zərərin əvəzi kimi 5000 manat pulun alınaraq Tələbkar verilməsi hissəsində dəyişdirilməsi, Borclu 3600 manat məbləğində pul vəsaitinin alınaraq Tələbkar verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Abşeron rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Qanunun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi və bildirdi ki, borclu bu günədək 300 manat pul ödəmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs və borclu məhkəməyə gəlməmişlər. Məhkəmə təqdimata təqdimat vermiş şəxsin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində qeyd edilmiş tələb Borclu tərəfindən tam yerinə yetirilmədiyindən, həmçinin borclunun ölkədən getmə ehtimalı olduğundan onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar