Məhkəmə qərarları › İş №8(012)-509/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-509/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-509/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 2(016)-786/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu İlkham Nuriyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Qəribağa Mirhəşimovun təqdimatına baxaraq, Müəyyən etdi: Abşeron rayon icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-786/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İlkham Nuriyevin icra vərəqəsinin tam icrası təmin edilənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmurunun təqdimatı onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin 2(016)-786/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən X4 (Nuriev İlkham) oğlundan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment alınıb X2ma ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu X4 (Nuriev İlkham) oğlu heç bir üzürlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu X4 (Nuriev İlkham) oğlunun ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs X4 (Nuriev İlkham) oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Abşeron rayon Ağsu rayon Məhkəməsinin 2(016)-786/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu X4 (Nuriev İlkham) oğlunun (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılması xahiş etmişdir. İş üzrə cavabdeh İlkham Nuriyev könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, baxmayaraq borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdırlar. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tələbkar, borclu və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-2286/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, borclu İlkham Nuriyevdən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. "İcra Haqqında"Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli qərarı ilə "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” təsdiq edilmişdir. Həmin təlimatın 2.2-ci bəndində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl görülən tədbirlər sadalanmışdır. Təlimatın 2.2.1-ci bəndi könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edən hal kimi müəyyən edilmişdir. Təlimatın 2.2.2-ci bəndi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Təlimatın 2.2.2-cü bəndi borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Belə ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-786/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədinin icrası ilə əlaqədar bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı sübut və sənədlər təqdimata əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə təqdimata əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı sübut və sənədlər təqdimata əlavə edilmədiyindən, həm də barəsində təqdimat verilən şəxs xarici vətəndaş olduğundan İlkham Nuriyevin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Abşeron rayon icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Qəribağa Mirhəşimovun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 266-268-ci maddələri rəhbər tutaraq məhkəmə Qərara aldı: İlkham Nuriyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar