Məhkəmə qərarları › İş №8(012)-511/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-511/2024

22.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-511/2024 22.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyev Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi Tələbkar vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Tələbkar icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə pulun qaytarılmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar şikayət ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı qətnaməsinə əsasən cavabdehlər “TBC Kredit" Bank olmayan kredit təşkilatından 10554 manat və Borclu1ndən 8907 manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Tələbkar vəkili və nümayəndəsi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-291/2018 saylı qətnaməsinə əsasən ümumilikdə 69363,53 ABŞ dolları məbləğiində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu və 120 manat ipoteka predmetinə yönəldilməsi üçün rüsumun cavabdeh X1 tutularaq "TBC Kredit " bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyəti Cəmiyyətin xeyrinə ödənilməsi qət edilmişdir. Tutma ipoteka predmeti olan X4 məxsus Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127.5 kv m olan 3 otaqlı fərdi vaşayış evinə yönəldirərək açıq hərracda satışından əldə olunan məbləğdən ödənilməlidir. Fərdi yaşayış evinin ilkin satış qiyməti 218000 manat müəyyən olunmuşdur. Ali Məhkəmənin 2(102)-2101/2021-ci il tarixdli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Fərdi yaşayış evi Abşeron Rayon İcra şöbəsinin icraatına daxil olmuş. Lakin ona icraata başlamaq haqqında qərar və bildiriş verilməmişdir. Fərdi yaşayış evi hərraca çıxarılmış və ilkin hərracda satılmamışdır. Daha sonra yenidən hərrac keçirilmiş və yenə də satılmamış və 40 faiz aşağı qiymətə tələbkar tərəfindən balansa 138975 manat borc əvəzi olaraq qəbul edilmişdir. Qalan 20898 manat pul isə 2355 manat 3 faizsadələşdirilmiş vergiyə, 8199 manat 5 faiz Hərrac təşkilatına "TBC" kredit bank olmayan kredit təşkilatı tərəfindən və 7 faiz icra ödənişi isə Borclu1 tərəfindən tutulmuşdur. Lakin tərəfimdən "TBC kredit" bank olmayan kredit təşkilatına və Borclu1nə qalıq pulun qaytarılmasına dair xx.xx.2022-ci il tarixdə məktııb göndərsə də heç bir cavab ala bilməmişdir və bu səbəbdəndə məhkəməyə müraciət etmişdir. Ona görə də o, şikayətin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlməmiş, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon Məhkəməsinin 2(012)-291 /2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin cavabdehlər X4, X6, X10 və Tələbkar qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111,92 ABŞ dolları əsas borcun, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X1 və X8 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi, Tələbkar xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına X2 "xxxx" MMC-yə olan cəmi 69.363.53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcunun və 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, "xxxx" MMC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin X1, X3, X8 və Tələbkar tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi, X2, X5, X9 və Tələbkar Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin 2(012)-291/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, 50.111.92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X1 və X8 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi və "xxxx" MMCyə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin X1, X3, X8 və Tələbkar tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməsi; xx.xx.2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111.92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X1 və X8 və Tələbkar müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi "xxxx" MMC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Tələbkar qaytarılması; satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin X1, X3, X8 və Tələbkar müştərək qaydada tutularaq “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin xeyrinə verilməsi; Tələbkar məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 218000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanıması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2101/2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Borclu1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Borclu1 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələb girov predmeti olan Tələbkar məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 218000 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmişdir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 2(012)-291 /2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin cavabdehlər X4, X6, X10 və Tələbkar qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111,92 ABŞ dolları əsas borcun, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X1 və X8 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi, Tələbkar xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına X2 "xxxx" MMC-yə olan cəmi 69.363.53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcunun və 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, "xxxx" MMC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin X1, X3, X8 və Tələbkar tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi, X2, X5, X9 və Tələbkar Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və 2(105)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin 2(012)-291/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, 50.111.92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X1 və X8 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi və "xxxx" MMC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin X1, X3, X8 və Tələbkar tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməsi; xx.xx.2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111.92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X1 və X8 və Tələbkar müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi "xxxx" MMC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Tələbkar qaytarılması; satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin X1, X3, X8 və Tələbkar müştərək qaydada tutularaq “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin xeyrinə verilməsi; Tələbkar məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 218000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanıması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2101/2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icra vərəqəsi tərtib edilərək Borclu1nə göndərilmişdir. Məcburi icra tədbirləri həyata keçirilən zaman hazırki iş üzrə iddiaçıya məxsus daşınmaz əmlak qətnamə ilə qət edilmiş borcun əvəzi kimi "xxxx" MMC tərəfindən əvəzləşdirilmişdir. Hazırda iddiaçı iddia edir ki, ona məxsus daşınmaz əmlak qətnamə ilə qət edilmiş borcun əvəzi kimi "xxxx" MMC tərəfindən əvəzləşdirilsə də, yerdə qalan məbləğlər ona qaytarılmamışdır. Odur ki, ərizəçi Tələbkar şikayət ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı qətnaməsinə əsasən cavabdehlər “TBC Kredit" Bank olmayan kredit təşkilatından 10554 manat və Borclu1ndən 8907 manat tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməli, icra sənədinin uzun müddət ərzində icra edilməməsi isə məhkəmə aktının icrasını səmərəsiz və əhəmiyyətsiz etmiş olacaqdır. Beləliklə, məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna cavab məktubu əsasında 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktuba əlavə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 28/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi Abşeron rayon İcra şöbəsinin icraatına xx.xx.2021-cı il tarixdə daxil olmaqla icra sənədi üzrə icraata başlanılmış və müvafiq qərar qəbul edilərək icra sənədi üzrə tərəflərə göndərilmişdir. Borclu1 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələb girov predmeti olan Tələbkar məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 218000 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmiş və icra işi başa çatdırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında tərəfin izahatını və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsindən göründüyü kimi ərizəçi Borclu1ndən 8907 manat pulun tutularaq ona ödənilməsini tələb edərək icra məmurunun hərəkətsizliyindən şikayət olaraq məhkəməyə müraciət etsə də, ərizəçi icra məmurunun hərəkətsizliyindən şikayət ilə deyil, icra məmurunun qəbul etdiyi qərardan şikayət verərək məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət bu hissədə təmin edilməməlidir. Bundan əlavə, ərizəçi şikayət ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı qətnaməsinə əsasən cavabdehlər “TBC Kredit" Bank olmayan kredit təşkilatından 10554 manat pulun tutularaq ona ödənilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, ərizəçi iddia icraatı qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Belə ki, şikayətdən də görünür ki, “TBC Kredit" Bank olmayan kredit təşkilatından pul tələb olunur. Ona görə də hazırkı tələbə şikayət qaydasında deyil iddia icraatı qaydasında baxılıb qiymət verilməlidir. Bu səbəbdən, şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı qətnaməsinə əsasən cavabdehlər “TBC Kredit" Bank olmayan kredit təşkilatından 10554 manat pulun tutularaq ona ödənilməsi hissəsində icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə işin icraatına xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Tələbkar şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı qətnaməsinə əsasən cavabdehlər “TBC Kredit" Bank olmayan kredit təşkilatından 10554 manat pulun tutularaq ona ödənilməsi hissəsində icraata xitam verilsin. Ərizəçi Tələbkar şikayətinin Borclu1ndən 8907 manat pulun tutularaq ona ödənilməsi hissəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar