Məhkəmə qərarları › İş №8(012)-512/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-512/2024

23.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-512/2024 23.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, X1, Tələbkar Maraqlı şəxs2, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədovun iştirakı ilə, X1 Maraqlı şəxs1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək, arayış üzrə hesablanmış 1710 manat borcun silinməsi barədə şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək, xx.xx.2024-cü il tarixli arayış üzrə hesablanmış 1710 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırdı ki, iddiaçı Maraqlı şəxs2 ona qarşı nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onlar arasında 22 yanvar 2005-ci il tarixdə bağlanmış 202 saylı nikah qeydinin pozulması, xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e- 2(012)-437/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Maraqlı şəxs2 ilə X14 arasında 22 yanvar 2005-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 202 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 atası X10, xx.xx.2017-ci il təvəllüdlü X6 anası Maraqlı şəxs2 yanında saxlanılması, cavabdeh X7 iddiaçı Maraqlı şəxs2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1478/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2(012)-437/2024 nömrəli qətnaməsi “tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 atası X10 yanında saxlanılsın” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 anası Maraqlı şəxs2 yanında qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdeh X7 tutularaq iddiaçı Maraqlı şəxs2 ödənilməsi, cavabdeh X10 apellyasiya şikayəti qismən təmin olunaraq, Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2(012)-437/2024 nömrəli qətnaməsi “cavabdeh X7 iddiaçı Maraqlı şəxs2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində aliment tutulsun” hissəsində dəyişdirilmiş, alimentin miqdarı 200 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi Maraqlı şəxs1 icraatındadır. Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli arayışında göstərmişdir ki, onun icra sənədləri üzrə xx.xx.2024-cü il tarixə olan borcu 1710 manat təşkil edir. O, icra şöbəsinin bu hesablaması ilə razı deyildir və hesab edir ki, aliment üzrə hesablanmış 1710 manat borc silinməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 42-ci bəndində göstərilmişdir: “xx.xx.2006-cı il təvəllüdlü X11 məhkəmə iclasında dindirilərək bildirdi ki, o, məktəblər bağlanana qədər atası və nənəsi ilə birlikdə yaşamış, sonra anasının yanına gəlmişdir. Hazırda digər iki bacısı və anası ilə birlikdə bir evdə yaşayırlar. Atasının yanında qalmasına səbəb oxuduğu məktəbin atasının ünvanına yaxın olması ilə əlaqədar olub. Valideynlərinin barışmasını istəmir, çünki birlikdə yaşayanda daim aralarında mübahisə yaranır və bu, dava-dalaşla nəticələnir. Atası ilə qalanda atası ona yaxşı baxmışdır. Lakin o, anası ilə qalmaq istəyir, hal-hazırda bacıları və anası ilə birlikdə yaşayır”. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1478/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin “qət etdi” hissəsində də göstərilir ki, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı Maraqlı şəxs2 ödənilməlidir. Məhkəmə qətnaməsindən açıq şəkildə görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixədək onun yanında yaşamış və uşağın bütün maddi təminatı onun tərəfindən təchiz edilmişdir. Bununla yanaşı onunla Maraqlı şəxs2 birgə nikahından anadan olmuş və yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü X12 da onunla birlikdə yaşamışdır. Belə olduğu halda, onun aliment borcunun mövcud olması absurd və ağlabatan deyildir. Hesab edir ki, aliment borcu silinməlidir. Belə ki, onunla Maraqlı şəxs2 birgə nikahından anadan olmuş 2 uşaq - xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X11 boşanmaya dair ərizə verildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək onun yanında qalmış və uşaqların bütün xərclərini o, qarşılamışdır. Uşaqlardan biri tələbkarın yanında olduğu vaxt üçün də ona aliment borcu hesablanmışdır. Qeyd edir ki, o, hazırda işləmədiyindən aliment ödənişlərini çatdıra bilmir, həmçinin diabet xəstəliyindən əziyyət çəkir, lakin övladlarının saxlanması üçün tələbkara aliment olaraq ödənişlər etmişdir və uşaqlar yetkinlik yaşına çatanadək aliment məbləğini ödəyəcəkdir. İcra məmurunda onun məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğini ödədiyini təsdiq edən qəbzlər vardır. O, uşaqlara görə aliment ödəmək ilə yanaşı övladlarına lazımi ərzaq və paltarlar almışdır. Bundan əlavə bildirir ki, tələbkarın ona qarşı şəxsi qərəzi vardır, belə ki, tələbkar bu vəziyyətdən istifadə edərək onu tutdurmaq istəyir. İcra şöbəsinin hesablamasına görə onun övladı xx.xx.2017-ci il təvəllüdlü X8 ödəməli olduğu alimentə münasibətdə 1700 manat məbləğində borcu yaranmışdır. O, şikayət ərizəsində icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir, amma icra məmuru heç bir qanunsuzluq etməmişdir. Belə ki, onun məhkəməyə müraciət etməsinin səbəbi yalnız artıq hesablanmış borc məbləği ilə bağlı olmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar Maraqlı şəxs2 izahatında bildirdi ki, X14 əvvəldən məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməmişdir, belə ki, Tahir Səmədovun 1700 manatdan çox aliment borcu vardır. Sözügedən məbləğ xx.xx.2023-cü il tarixdən etibarən övladı xx.xx.2017-ci il təvəllüdlü X13 üçün hesablanmışdır. Qeyd edir ki, onunla X10 birgə nikahından olan hər üç övladı hazırda onunla qalır. Tahir Səmədov yetkinlik yaşına çatmayan övladları xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X9 görə cəmi 1700 manat aliment ödəmişdir və icra orqanından kənar olaraq ona aliment ödənilməmişdir. Bundan əlavə X14 uşaqlardan biri yanında qaldığı vaxt həmin uşağın təhsil xərclərini ödəmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov məhkəmə iclasında izahatında bildirdi ki, X14 tərəfindən tam şəkildə ödənişlər edilməmiş, lakin Tahir Səmədov icra şöbəsinə etdiyi ödənişlər ilə bağlı qəbzlər təqdim etmişdir. Belə ki, çeklərdən də göründüyü kimi X14 tərəfindən hər iki uşağa görə aliment olaraq cəmi 1475 manat ödəniş edilmişdir və bu çeklərdən əlavə Tahir Səmədovun ödəniş etdiyini təsdiq edən başqa bir qəbz mövcud deyildir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-437/2024 saylı, 03 may 2024cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh X7 iddiaçı Maraqlı şəxs2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1478/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2(012)-437/2024 nömrəli qətnaməsi - tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 atası X10 yanında saxlanılsın - hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 anası Maraqlı şəxs2 yanında qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdeh X7 tutularaq iddiaçı Maraqlı şəxs2 ödənilməsi qət edilmiş, həmçinin cavabdeh X10 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2(012)-437/2024 nömrəli qətnaməsi - cavabdeh X7 iddiaçı Maraqlı şəxs2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində aliment tutulsun - hissəsində dəyişdirilmiş, alimentin miqdarının 200 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx/xx/291492-3O/444 nömrəli arayışdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1478/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdeh X7 tutularaq iddiaçı Maraqlı şəxs2 ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2(012)-437/2024 nömrəli qətnaməsi - cavabdeh X7 iddiaçı Maraqlı şəxs2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində aliment tutulsun - hissəsində dəyişdirilmiş, alimentin miqdarı 200 manat müəyyən edilmişdir. Borclunun icra sənədləri üzrə xx.xx.2024-cü il tarixinə olan aliment borcu 1710 manat təşkil edir. Məhkəmə icra sənədi üzrə tərəflərin və icra məmurunun izahatını dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-437/2024 saylı, 03 may 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh X7 iddiaçı Maraqlı şəxs2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1478/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2(012)-437/2024 nömrəli qətnaməsi - tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 atası X10 yanında saxlanılsın - hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 anası Maraqlı şəxs2 yanında qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdeh X7 tutularaq iddiaçı Maraqlı şəxs2 ödənilməsi qət edilmiş, həmçinin cavabdeh X10 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, e-2(012)-437/2024 nömrəli qətnaməsi - cavabdeh X7 iddiaçı Maraqlı şəxs2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində aliment tutulsun - hissəsində dəyişdirilmiş, alimentin miqdarının 200 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Hazırda X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək, xx.xx.2024-cü il tarixli arayış üzrə hesablanmış 1710 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsində hansı icra məmurunun və icra məmurunun hansı hərəkətlərinin qanunsuz hesab edilməsini istədiyini göstərməmiş, ərizəsini əsaslandırmamış və ərizənin təmin olunmasına əsas verən sübutları iş materiallarına əlavə etməmişdir. Həmçinin məhkəmə iclasında X14 özü də icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmuru tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini etiraf etmiş, şikayət ərizəsi ilə məhkəməyə müraciət etməklə yalnız ona hesablanmış aliment borcu məbləğini mübahisələndirmək istədiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, X1 Maraqlı şəxs1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək, arayış üzrə hesablanmış 1710 manat borcun silinməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Maraqlı şəxs1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək, xx.xx.2024-cü il tarixli arayış üzrə hesablanmış 1710 manat borcun silinməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar