Məhkəmə qərarları › İş №8(012)-514/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-514/2023

29.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-514/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunması barədə Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-5525/2022 saylı, 06 dekabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti və 193 (yüz doxsan üç) manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra Şöbəsinə daxil olmuşdur. Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1 Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Abşeron rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, icra sənədi üzrə Borclu 24000 manat məbləğində pul vəsaiti və 193 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsində icraata başlanılmış, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borclu (055)- 555-88-95 və digər adında olan əlaqə nömrələri ilə dəfələrlə ayrı-ayrı vaxtlarda əlaqə saxlanılmış və sms bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Təqdimatı vermiş icra məmuru və tərəflər məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmişlər, iclas onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin oluna bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Lakin təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən müvafiq qərar qəbul edilməmiş, həm də təqdimatın baxılmadan geri qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin qərarını qəbul edərkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ bəndi və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi ilə qorunan, vətəndaşın fundamental hüququ olan azadlıq hüququnun mötəbər əsaslar olmadan məhdudlaşmasının yolverilməz olduğunu rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267- 268-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra şöbəsinin icra məmuru X1 Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunması barədə təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Abşeron rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar