Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-515/2022 22.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X9, X3, X6, X7, X2 ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. X9 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi, yaxud həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə dair məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. X9 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddiası təmin edilmiş, X3, X6, X7, X2 və onun ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. Maraqlı şəxs 17 iyun 2022-cu il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 14 yanvar 2020-cu il tarixli qətnaməsinin (iş: 2(012)-350/2020) icrasına başlanılmışdır. Hal-hazırda başqa yaşayış yerləri olmadığı üçün həmin evdən çıxmaqları mümkün deyildir. Bu səbəblə həmin qətnamənin icrasına möhlət verilməsi, icra üsulunun və qaydasını dəyişdirməsi bir ehtiyacdır. Qeyd edilənlərə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin "xxxx" KB ASC-nin nümayəndəsi Orxan Əbilov məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X9, X3, X6, X7 və X4 "xxxx" KB ASC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev ünvanında yerləşən 33 saylı mənzilindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)- 515/2022 saylı məhkəmə bildirişində göstərilir ki, X9 tərəfindən qətnamənin icrasına möhlət verilməsinə dair Abşeron Rayon Məhkəməsinə ərizə daxil olmuş və həmin ərizənin baxılması üçün xx.xx.2022-ci il tarixinə məhkəmə iclası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 231.5-ci maddəsinin tələbinə əsasən, ipoteka predmetinə tutmanın yönldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki- Prossesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəvə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-515/2022 saylı mülki iş üzrə X9 tərəfindən “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizənin təmin olunmamasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, X9, X3, X6, X7, X2 ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. Məhkəmə, qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 231.5-ci maddəsinin tələbinə əsasən, ipoteka predmetinə tutmanın yönldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. İşin faktiki hallarından göründüyü kimi Unibank” KB ASC məhkəməyə etiraz göndərərək X5 qətnamənin icrasına möhlət verilməsi, yaxud həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ipoteka saxlayan kimi Unibank” KB ASC etirazını nəzərə alaraq və AR MPM-in 231.5ci maddəsinə əsaslanaraq hesab edir ki, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi, yaxud həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülk iProsessual Məcəlləsinin 231, 263, 264, 266 - 268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-350/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi, yaxud həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-515/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-515/2022
22.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver