Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-515/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 katibliyi, Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-6786/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1993-cü il tarixdə anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan Borclu 2223.44 ABŞ dolları əsas, 760.47 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2983.91 ABŞ dolları borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.. İcra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 19 sentyabr 2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı Məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat vermiş şəxs X1 təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-6786/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, icra sənədi üzrə Borclu 2983.91 ABŞ dolları və 20 manat manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlanılmışdır. Hazırki günədək icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunmamışdır. Belə olan halda icra sənədinin icrası ilə bağlı borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Borclu istifadəsində olan (051)-998-92-92 və digər mobil nömrələri ilə dəfələrlə əlaqə saxlanılmış və sms bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş şəxs, tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-6786/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan borclu Babayev X2 rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-515/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-515/2023
28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver