Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-516/2024 14.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Tələbkar İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-833/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin izah edilməsi barədə Abşeron Rayon Qeydiyyat Şöbəsinin şöbə rəisi Ceyran Cabbarovanın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-833/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2016-cı il tarixdə Quba şəhərində anadan olmuş X4 atasının 22 fevral 1988-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş X5 olmasının müəyyən edilməsi, 08 yanvar 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay X1 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-833/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-833/2019 saylı mülki iş üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində cavabdehin soyadının Heydarov kimi oxunması qərara alınmışdır. Abşeron Rayon Qeydiyyat Şöbəsinin şöbə rəisi Ceyran Cabbarova ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən ziddiyyət ilə bağlı Abşeron Rayon Məhkəməsinin 2(012)-833/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Abşeron Rayon Qeydiyyat Şöbəsinin şöbə rəisi Ceyran Cabbarova ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı şöbəyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 833/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra edilməsini xahiş etmişdir. Qətnamənin nəticə hissəsində qeyd edilir ki, xx.xx.2016-cı il tarixdə Quba şəhərində anadan olmuş X4 atası xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş X5 olması müəyyən edilsin. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində şəxsin eyniləşdirilməsi məqsədilə axtarış apararkən məlum olmuşdur ki, xx.xx.1988-ci il təvəllüdlü Rəşad Rəşid oğlunun soyadı “Heydarov”dur. Bu barədə vətəndaşa məlumat verildikdə, o, uşağın və atasının soyadının “Heydərov” yazılmasına qəti şəkildə etiraz etmiş və soyadın “Heydarov” yazılmasını tələb etmişdir. Qeyd edir ki, X2 adına Şabran rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1988-ci il tarixli, 148 nömrəli doğum haqqında akt qeydində soyad “Heydarov” qeyd edilmişdir. Odur ki, qeyd edilən ziddiyyət ilə bağlı məhkəmə qətnaməsinin izah edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq qeydiyyat şöbəsinin nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar İddiaçı izahatında övladı X4 atasının soyadının Heydərov deyil, Heydarov olduğunu, vəkilin ərizədə səhvə yol verərək övladının atasının soyadını Heydarov əvəzinə Heydərov olaraq qeyd etdiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tələbkarın izahatını dinləyib və iş materiallarını tədqiq edib toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda, qətnamənin izah olunmasına yol verilir. Belə ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmışdır. Məhkəmə həmin qətnamədə iddia tələbinə uyğun qətnamə çıxarmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada qətnaməyə izah verilməsi qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Qeydiyyat Şöbəsinin şöbə rəisi X3 Rayon Məhkəməsinin 2(012)-833/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-516/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-516/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver