Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-517/2022 09.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, X1 iştirakı ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. X3 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına yeni yaşayış yeri əldə edənə kimi möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında izahatında bildirdi ki, tələbkar X7 onun keçmiş həyat yoldaşıdır. Bayramov Vahid onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini Abşeron Rayon Məhkəməsindən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, onun yaşayış yeri üzrə qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2509/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş qətnamənin isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icra edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarda ona 10 gün müddətinə tələbin könüllü icrası ilə bağlı xəbərdarlıq edilmişdir. Bildirmək istəyir ki, keçmiş həyat yoldaşı X7 ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qursalar da, birgə nikahlarından övladları olmamışdır. Bu evlilik hər ikisinin ikinci evliliyi olmuşdur. Tələbkarın birinci nikahından övladı olsa da onun uşağı olmamışdır. Onun həyat yoldaşı rəhmətə getdiyinə və övladı da olmadığı üçün Vahidlə ailə qurmağa razı olmuşdur. Vahidlə evləndikdən sonra Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evi tikərək orada yaşamışlar. 2020-ci ildə Vahid heç bir əsaslı səbəb olmadan onu döyərək evdən qovmuşdur. Həmin hadisəyə görə Vahidin barəsində cinayət işi başlanmışdır. Cinayət işinə hakim Sevinc Quliyevin sədrliyi ilə baxılmışdır. Hakim ona Vahidlə barışmağı təklif etmiş və o, Vahidlə barışmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Vahid ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. X5rşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət hazırlamışdır. İlkin mediyasiya sessiyası zamanı Vahid Bayramov prossesin davam etdirmək istəmədiyini bildirmişdir. Yaşının bu vaxtında onu yaşayış evi ilə təmin edə biləcək, nə də ki, evindən sığınacaq kimi istifadə edə biləcəyi bir insan yoxdur. Uzun illər min bir zəhmətlə qazandığı pulla tikdiyi evindən qovulmağı haqsızlıqdır. Qeyd edilənlərə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məhkəmə, qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə - hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara və faktiki hallara əsaslanaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin pozulmas ilə, həmçinin tələbkarın pozulmuş hüquqlarının müdafiəsinin qeri-müəyyən müddətə uzadılması ilə nəticələndiyindən ərizənin təmin olunmasını mümkün hesab etmir. Yuxarıda göstərilənlərə əsasən İcra haqında qanunun 15-ci və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 231, 263, 264, 266 - 268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına yeni yaşayış yeri əldə edənə kimi möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-517/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-517/2022
09.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver