Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-518/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin MTT(012)-158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının izah edilməsi barədə ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin MTT(012)-158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, ərizə qismən təmin edilmiş, Tələbkar Borclu ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00dək müvəqqəti ünsiyyət hüququnun 1 aydan çox olmayan müddətə təmin edilməsi qərara alınmışdır. Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, MTT(012)-158/2022 saylı qərardadında göstərilən uşaqla ünsiyyətin harda olacağının məhdud olub olmamasını aydınlaşdırmaq üçün həmin qərardada izah verilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(012)-158/2022 qərardadı ilə Tələbkar Borclu ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00dək müvəqqəti ünsiyyət hüququnun təmin edilməsi qərara alınmışdır. Lakin qərardad qəbul edilməsinə baxmayaraq cavabdeh Borclu onun uşaqlarıyla ünsiyyət hüququnu məhdud şəkildə yəni ancaq özünün yaşadığı həyətdə ola biləcəyini bildirir və qərardadın tam icra edilməsinə maneçilik törədir. Hazırda cavabdeh Borclu ilə boşanma mərhələsindədirlər. Boşanma prossesləri cavabdehin və anasının ona qarşı törətdikləri cinayət işləriylə və mülki işlər daxil olmaqla qalmaqallı formada keçir. O, icra məmuruna müraciət etdiyi zaman icra məmuru qərardadİN nəticə hissəsində ünsiyyət hüququ təmin edilməsi qeyd olunduğunu və uşaqla ünsiyyətin harda olacağı barədə müddəa qeyd olunmadığını bildirmişdir. Bu səbəbdən qərardada izah verilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir ki, məhkəmə tərəfindən uşaqla ünsiyyətin harda olacağı ilə bağlı məhdudiyyətin olub olmaması barədə qərardada izah verilərsə cavabdeh uşaqla ünsiyyət barədə qərardadm icrasını ona qarşı məhdudlaşdıra bilməz. Mülki Prosesual Məcəllənin 230.1-ci maddəsində göstərilmişdir ki, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsində göstərilmişdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsində göstərilmişdir ki, qətnamə və ya qərardad icra edilməmişsə izah edilməsinə yol verilir. Qərardadın icrasında yaranmış qeyri müəyyənliyin aradan qaldırılması üçün Abşeron Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, MTT(012)-158/2022 saylı qərardadına izah verilməsi zəruridir. Əks halda cavabdeh qərardadın icrasına maneçilik yaratmaqda davam edəcəkdir. Qeyd olunanlara əsasən, o, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu məhkəməyə gəlmədiyinə görə məhkəmə, ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin MTT(012)-158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Tələbkar Borclu ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək müvəqqəti ünsiyyət hüququnun 1 aydan çox olmayan müddətə təmin edilməsi qərara alınmış və Abşeron Rayon Məhkəməsinin MTT(012)-158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixində qüvvədən düşmüşdür. Ərizəçi Tələbkar qərardada izah verilməsinə dair ərizəsi isə xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin MTT(012)-158/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixində qüvvədən düşdüyündən, məhkəmə hesab edir ki,həmin qəradada izah verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin MTT(012)-158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-518/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-518/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver