Məhkəmə qərarları › İş №8(012)-518/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-518/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-518/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 katibliyi, Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-1096/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar QSC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit razılaşması ləğv edilmiş, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit razılaşması üzrə 3900 manat məbləğində kredit borcu, 374.85 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4284.85 manat məbləğində borc və ödənilmiş 63.85 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar QSC-ə ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 19 sentyabr 2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı Məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat vermiş şəxs X1 təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1096/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4284,85 manat pul vəsaiti və 63,85 manat dövlət rüsumu tutularaq Tələbkar QSCnə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədindəki tələb təmin edilməmişdir. Belə olan halda icra sənədinin icrası ilə bağlı borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Bundan sonra Borclu istifadəsində olan (055)-806-97-74 telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış və sms bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. Buna görə də, Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş şəxs, tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1096/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1993-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Qobustan kəndində qeydiyyatda olan və yaşayan Borclu Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar