Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-519/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Tələbkar nümayəndəsi və vəkili X6 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-625/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına izah verilməsi barədə icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizəyə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-625/20218 saylı, xx.xx.2018-ci il tarixli qərardadına izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar nümayəndəsi və vəkili X8 ərizəni müdafi edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-882/2016 saylı qətnaməsi ilə Borclu ilə Bayramova (Rəhimova) Bahar Xeyrulla qızı arasında olan nikah pozulması, X4 anasının himayəsində saxlanılması, hər ay 117 manat alimentin Borclu tutularaq, Bayramova (Rəhimova) Bahar Xeyrulla qızına ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-276/2017 saylı qətnaməsi ilə iddiaçı Borclu cavabdeh X2 qarşı birgə nikah dövründə ədlə edilmiş əmlakın bölgüsü tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X12 küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Borclu və X1 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir (sədrlik edən İlham Kərimli). Həmin qətnamədən verilmiş apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)- 2607/2017 saylı qətnaməsi ilə təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-276/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borclu Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-882/2016 saylı qətnaməsi üzrə icra üsulunun dəyişdirilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, qətnamənin icrası Tovuz rayon icra şöbəsinin icraatındadır. Onların birgə nikah dövründə əldə etdikləri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına rəsmiləşdirilməsinə, çıxarışın onun adına olmasına baxmayaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin mülk 1/2 hissədə aralarında bölünmüş və qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda onların aralarında danışıqlar və razılaşmalar əsasında onlar müəyyən şərtlərlə barışıq sazişinə gəldiklərindən, hazırki müraciəti ilə icra üsulunun dəyişdirilməsinə dair qərar qəbul olunmasını xahiş edir. Belə ki, qeyd olunan mülkdən payına düşən 1/2 hissədən övladı X3 xeyrinə imtina edir. Mülkün ona düşən payının hissəsinə o, çıxarış almamışdır və almaqdan imtina edir, mülki hazırda olduğu kimi Bayramova Baharın mülkiyyətində saxlanılır. Göstərilənləri əsas tutaraq, Borclu məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(012)-625/2018 saylı qərardadı ilə Borclu ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-882/2016 saylı qətnaməsi üzrə icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bununla belə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(012)-625/2018 saylı qərardadı icra edilməsi üçün bu günə kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilməmişdir. Sonradan ərizəsi əsasında məhkəmənin qətnaməsi icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Bununla belə qurumdan ona rəsmi qaydada bildirilmişdir ki, sözügedən qərardadla Ərazi İdarəsinin üzərində hər hansı öhdəlik qoyulmadığından qərardadın icrası mümkünsüzdür. Hesab edir ki, hazırda məhkəmə xx.xx.2018-ci il tarixli, 8(012)-625/2018 saylı qərardadı ilə Borclu ərizəsinin təmin edilməsi qənaətinə gələrkən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-882/2016 saylı qətnaməsi üzrə icra üsulunun dəyişdirilməsi kimi Borclu ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində 1/2 hissədə müəyyən edilmiş payının onun adına rəsmiləşdirilməsi imkanını nəzərdə tutulubtutulması hissəsində qərardada izah verməsi zərurəti yaranmışdır. Məhkəmə ərizədəki dəlilləri və iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-625/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına izah verilməsi barədə icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizə təmin olunmamalıdır. MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İşdən göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 8(012)-625/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-882/2016 saylı, 09 iyn 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, qərardada hər hansı izah verilməsinə zərurət yoxdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, müvafiq məhkəmə qərardadı aydın, birmənalı çıxarılmışdır və qərardada izaha ehtiyac olan hər hansı bir ifadə işlədilməmişdir. Bu səbəbdən qərardada izah verilməsinə zərurət yoxdur və izah verilməsi barədə ərizə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 8(012)-625/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardada izah verilməsi barədə icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-519/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-519/2023
29.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver