Məhkəmə qərarları › İş №8(012)-520/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-520/2023

02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-520/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-5719/2013 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-5719/2013 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus ”İsuzu MD 22B Avtobus” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)- 5719/2013 saylı icra sənədinə əsasən Bakı Apellyasiya məhkəməsinin 2(103)-5719/13 saylı xx.xx.2013-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq Borclu xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2023-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilnə zaman Borclu məxsus “İSUZU MD 22B AVTOBUS” markalı 10MX695 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Borclu məxsus “İSUZU MD 22B AVTOBUS” markalı 10MX695 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs, icra sənədi üzrə tələbkarın nümayəndəsi və borclular məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-5719/2013 il tarixli icra sənədinə əsasən 10 may 2013-cü il tarixdən başlayaraq X4 12 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-5719/2013 il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “İSUZU MD 22B AVTOBUS” markalı 10MX695 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-5719/2013 il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “İSUZU MD 22B AVTOBUS” markalı, 10MX695 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar