Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-522/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İcra məmuru Nicat Ramazaninin iştirakı Tələbkar iştirakı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(010)-1021/2021 saylı,xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(010)-1021/2021 saylı,19 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Borclu 10.000 (on min) manat və 20 (iyirmi) manat rüsuma görə pul vəsaiti alınaraq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində **********12 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(010)-1021/2021 saylı,saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 10000 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır.İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlanılmış və bu barədə borclulara və aidiyyəti məhkəməyə məlumat verilmişdir. Lakin icra sənədinin icrası hazırki vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunan məlumata əsasən Borclu mülkiyyətində **********12 reyestr nömrəli torpaq sahəsinin olduğu müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, borclu qərəzli olaraq borcdan yayınır və ödəniş etmək istəmir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tələbkarı dinləyib, təqdimatı nəzərdən keçirib, hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmədə işin müəyyən olunmuş faktiki hallarından görünür Abşeron Rayon Məhkəməsinin 2(010)-1021/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi borclu tərəfindən könüllü icra olunmur, Borclu Abşeron Rayon Məhkəməsinin 2(010)-1021/2021 saylı,19 aprel 2021-ci il tarixli qətnaməsinin icra olunmasından yayınır və borclunun mülkiyyətində **********12 reyestr nömrəli torpaq sahəsinin olduğu müəyyən edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(010)-1021/2021 saylı,xx.xx.2022-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan **********12 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində **********12 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-522/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-522/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver