Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-522/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə həbs qoyulması haqqında 22 sentyabr 2023-cü il tarixli təqdimata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1 Borclu barəsində borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimat məhkəməyə daxil olmuşdur. Təqdimatdan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2690/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən 4406.73 manat məbləğində borc tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu hazırkı günədək icra sənədini icra etməmişdir. Həmçinin borclunun istifadəsində olan bütün nömrələrə “SMS” bildiriş göndərilsə də, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində “OPEL VECTRA” minik markalı, 60-BJ- 560 dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Borclu mülkiyyətində “OPEL VECTRA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs, icra sənədi üzrə tələbkarın nümayəndəsi və borclular məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2690/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən 4406.73 manat məbləğində borc tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu hazırkı günədək icra sənədini icra etməmişdir. Həmçinin borclunun istifadəsində olan bütün nömrələrə “SMS” bildiriş göndərilsə də, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində “OPEL VECTRA” minik markalı, 60-BJ- 560 dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2690/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X2 məxsus “Kamaz 55111” yük markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu mülkiyyətində olan **-BJ-*** qeydiyyat nişanlı “OPEL VECTRA” markalı avtomaşının üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-522/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-522/2023
02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver