Məhkəmə qərarları › İş №8(012)-526/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-526/2022

23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-526/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon 1 saylı Notariat Ofisinin 5809 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Tələbkar xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu vaxtında ödənilməmiş 8500 manat 00 qəpik(səkkiz min beş yüz manat sıfır qəpik) tutulması, Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8525 manat 00 qəpik (səkkiz min beş yüz iyirmi beş manat sıfır qəpik) tutulması qət olunmuşdur. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində “Mercedes Benz minik” markalı **-DM- *** dövlət qeydiyyat nişanlı və “BMW 740 minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin 5809 saylı, xx.xx.2022ci il tarixli icra qeydinə əsasən, Borclu 8525 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icratına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir Borcluya verilmiş könüllü icra tədbirlərinn belə olan halda Borclu icra sənədi üzrə tələbi icra etməmişdir. Belə olan halda borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemində əldə olunan məlumata əsasən Borclu mülkiyyətində “Mercedes Benz minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı və “BMW 740 minik” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillin olduğu müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, borclu puldan heç bir ödəniş etməmişdir. Borclu 2021-ci ilin sentyabr anında borcu ödəməli idi. Lakin ödənişdən yayınır.Odur ki təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə təqdimat vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, “Mercedes Benz minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı və “BMW 740 minik” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillər onun mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Borclu, Tələbkar olan 8525 manat məbləğində borcunun ödənilməsinin icrası ilə bağlı Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan “Mercedes Benz minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı və “BMW 740 minik” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı sözügedən borc məbləği ilə birbirinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin icrası məqsədilə təqdimatda göstərilən, Borclu mülkiyyətində olan “Mercedes Benz minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat Borclu “BMW 740 minik” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” qanunun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə üzərinə həbs qoyulması əmlak üzrə digər icra hərəkətlərinin aparılmasını qanunvericilik icra məmurunun vəzifəsi olduğunu müəyyən etdiyindən təqdimatın digər hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” qanunun 45,50-ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı qismən təmin edilsin. Borclu mülkiyyətində olan “Mercedes Benz minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar