Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-527/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İcra məmuru Nicat Ramazaninin iştirakı ilə, Abşeron rayon İcra şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4604/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 08 iyun 2009-cu il təvəllüdlü X3,07 oktyabr 2010-cu il təvəllüdlü X4 və 15 iyul 2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu xx.xx.2020-ci il tarixindən hesablanmaqla hər bir uşaq üçün hər ay 100 manat ümumiliklə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatında göstədi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4604/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat aliment pulunun tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Borcluya verilmiş könüllü icra tədbirlərinin belə olan halda Borclu icra sənədi üzrə tələbi icra etməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunan məlumata əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,12 ha torpaq sahəsi müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tərəflər məhkəməyə gəlmədiyinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda,Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Lakin, Borclu mülkiyyətində 0,12 ha torpaq sahəsinin olması ilə bağlı icra məmuru tərəfindən təqdimata hər hansı bir sübut əlavə edilməmiş, iş matriallalrına əlavə edilmiş elektron sistemdən şıxarılmış sənəddən görünür ki, sözügedən torpaq sahəsi X2 adınadır. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edimədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-527/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-527/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver