Məhkəmə qərarları › İş №8(012)-529/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-529/2022

23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-529/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Borclu, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon məhkəməsinin 2(010)-2218/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Suraxanı rayon məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(010)-428/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək cavabdeh Borclu qətnamə qanunu qüvvəsini aldığı vaxtdan 16 mart 2006-cı il təvəllüdlü X4 və 22 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay, hər uşağa 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi və həmin gündən Suraxanı rayon məhkəməsinin 24 aprel 2015-ci il tarixli 2(010)-428/2015 saylı qətnamə üzrə verilmiş icra vərəqəsi ləğv edilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus “MERCEDES BENZ C 180 minik” markalı 90GH937 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatında göstərmişdir ki, Suraxanı rayon məhkəməsinin 2(010)-2218/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Suraxanı rayon məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(010)-428/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Borclu qətnamə qanunu qüvvəsini aldığı vaxtdan 16 mart 2006-cı il təvəllüdlü X4 və 22 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay, hər uşağa 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi və həmin gündən Suraxanı rayon məhkəməsinin 24 aprel 2015-ci il tarixli 2(010)-428/2015 saylı qətnamə üzrə verilmiş icra vərəqəsi ləğv edilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu məxsus “MERCEDES BENZ C 180 minik” markalı 90GH937 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, O, işsizdir, mütəmadi əmək haqqı yoxdur. O, “MERCEDES BENZ C 180 minik” markalı 90GH937 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini çoxdan satmışdır. Ola bilsin ki, yeni alıcı öz adına keçirənə qədər etibarnamə ilə maşın sürmüşdür. Hər uşağa 163 manat aliment kəsilmişdir. Onun maddi problemləri vardır.3 ildir ki, onu işdən çıxarmış. Maşını 2 ay əvvəl icarəyə götürmüş və 470 manat aliment ödəmişdir. Ona vaxt verilsə borcunu ödəyəcəkdir. Şəkər xəstəsidir.2014-cü ildən nikahları pozulmuşdur. Evini satışa qoymuşdur. Tələbkarın nümayəndəsi X3 izahatında bildirdi ki, qızı Müdafiə Nazirliyində işləyir. Odur ki, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru məhkəməyə gəlmədiyinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, “MERCEDES BENZ C 180 minik” markalı 90GH937 dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə borclunu və tələbkarın nümayəndəsini dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda,Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Belə ki, Borclu məhkəmə iclasında qısa müddət ərzində aliment borcunu ödəyəcəyini, həmçinin bu məqsədlə evini satışa qoyduğunu,həmçinin sözügedən avtomobili faktiki olaraq satdığını, avtomobilin başqasının sahibliyində olıduğunu göstərmişdir.Məhkəmə qeyd olunan halların “MERCEDES BENZ C 180 minik” markalı 90GH937 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi hazırki mərhələdə borclunun vəziyyətinin xeyli ağırlaşdırılmasına səbəb ola biləcəyinə əsaslar yaratdığını nəzərə alaraq təqdimatın rədd edilməsi nəticəsinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu məxsus “MERCEDES BENZ C 180 minik” markalı 90GH937 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar