Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-529/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Borclu, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-4648/2016 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-4648/2016 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat bununla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 4648/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 584,80 manat pul vəsaiti tutularaq tələbkar “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0.4701 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon Məhkəməsinin 8(012)-258/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin edilmiş, tələbkar “X1 Azərbaycan” QSC müvafiq ərizə ilə müraciət edərək icra sənədinə xitam verilməsini xahiş etmişdir. Belə olan halda icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmədə Borclu təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbkarın nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(012)-4648/2016 -saylı məhkəmə qətnaməsi üzrə cavabdehlər Borclu 563.80 manat məbləğində borcun tələbkar "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qət edilmişdir. Cavabdeh Borclu məhkəmə qətnaməsi üzrə borcu "X1 Azərbaycan" QSC-nin xeyrinə bağlanmışdır. iş materiallarında olan X1-dan verilmiş ərizədən görünür ki, Borclu məhkəmə qətnaməsi üzrə borcu bağlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırda borclunun əmlakı üzərinə qoyulmuş həbsin saxlanılmasına heç bir zərurət qalmamışdır. Buna görə də həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin Qanunun 17.1.10-cu maddəsinə görə tələbkarın müvafiq xahişi olduqda, icra icraatı dayandırılır. Həmin Qanunun 21.8-ci maddəsinə görə dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-4648/2016 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan ünvan 1ində yerləşən 0,4701 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-529/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-529/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver