Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-530/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Tələbkar iştirakı ilə, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun borclu Abşeron rayon Qobu Bələdiyyəsinin mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-993/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsindən 4420 manat məbləğində pul 30 manat dövlət rüsumu olmaqla, cəmi 4450 manat pul tutulması qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-993/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclunun mülkiyyətində olan “Subaru ımpreza” minik markalı, 01AA209 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini və Abşeron Rayon Məhkəməsinin 8(012)-314/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-993/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron rayon Qobu Bələdiyyəsindən 4420 manat məbləğində pul 30 manat dövlət rüsumu olmaqla, cəmi 4450 manat pul tutulması qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə əmrinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclu Abşeron rayon Qobu Bələdiyyəsinin mülkiyyətində olan “Subaru ımpreza” minik markalı 01AA209 dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulması üçün təqdimat Abşeron rayon məhkəməsinə göndərilmiş və Abşeron rayon Məhkəməsinin 8(012)-314/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə avtomaşının üzərinə həbs qoyulmuşdur. Beklə ki, o təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, Qobu bələdiyyəsi ona pulu ödəmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov borclu Abşeron rayon Qobu Bələdiyyəsinin mülkiyyətində olan “Subaru ımpreza” minik markalı 01AA209 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etsə də, iş materiallarına icra sənədinə xitam verilməsi barədə qərarın kserosurətini əlavə etmiş,halbuki kserosurətdən ibarət olan sənəd MPM-in 89.3-cü maddəsinin tələbinə görə yazılı sübut kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(012)- 993/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclunun mülkiyyətində olan “Subaru ımpreza” minik markalı, 01AA209 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə və Abşeron Rayon Məhkəməsinin 8(012)- 314/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadın ləğv olunmasına dair təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-530/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-530/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver