Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-532/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, İcra sənədi üzrə tələbkarın nümayəndəsi Tələbkar,tərcüməçi İlqar İslamzadənin, Borclu, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun iştirakları ilə, Borclu məxsus minik avtomobilinin üzərinə həbs qoyulması və açıq hərracda satılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu məxsus minik avtomobilinin üzərinə həbs qoyulması və onun açıq hərracda satılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı məhkəməyə daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2286/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin evə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair ünvan 2 xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair "xxxx" MTK ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və sonuncunun adına verilmiş maliyyə arayışı etibarsız hesab edilsin, həmin əmlaklar miras əmlaka daxil edilsin, həmin əmlaklar və “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair X1 1/3 hissədə miras payı müəyyən edilsin. ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X8 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə cavabdeh Borclu ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə X1 1/3 hissədə olmaqla 8334 (səkkiz min üç yüz otuz dörd) manat miras payı müəyyən edilsin və həmin vəsait Borclu X1 xeyrinə tutulsun. ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair X6 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355,00 (otuz üç min üç yüz əlli beş) manat gəlirin 1/3 hissəsi olan 11118,00 (on bir min yüz on səkkiz) manat vəsait X3 X1 xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu iddiaçı X1 qanuni nümayəndəsi Tələbkar aid edilsin. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilə zaman Borclu məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobillərin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. ona görə də məhkəmədən Borclu məxsus məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilləri üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkarın nümayəndəsi Tələbkar məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu iş üzrə kassasiya şikayəti verdiyini əsas gətirərək təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə icra sənədi üzrə tələbkarı dinləyib, təqdimatı tədqiq edib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş elektron baza məlumatlarından müəyyən edilir ki, icra sənədi üzrə Borclu adına “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Borclu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2286/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbləri qanunla nəzərdə tutulmuş vaxtda yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, icrasız qalır. Buna görə də icra sənədinin icrası ilə əlaqədar Borclu adına olan “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Üzərinə həbs qoyulmuş avtomobilin duracağa yerləşdirilməsi məsələsi icra məmurunun səlahiyyətinə aid olduğundan məhkəmə hesab edir ki, təqdimat bu hissədə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-532/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-532/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver