Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-533/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Məhkəməsinin 2(010)-4909/2015 saylı,xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Suraxanı rayon məhkəməsinin 2(010)-4692/2013 saylı 15 noyabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Borclu xx.xx.2005-ci il təvəllüdlü X1, 23 sentyabr 2009-cu i təvəllüdlü X2 və 03 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 may 2015-ci il tarixindən başlayaraq, hər ay hər uşağa görə 108 (yüz səkkiz) manat olmaqla, cəmi 324 (üç yüz iyirmi dörd) manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulması cavabdeh Borclu 30 ( otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus “MG 350” minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4909/2015 saylı,xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən,üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu cəmi 324 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2015-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır.bu isə təşkilatın haqlı narazılığına səbəb olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “MG 350” minik markalı ** DK *** qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimatdan müəyyən edilir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4909/2015 saylı,xx.xx.2015-ci il tarixli icra vərəqəsi borclu tərəfindən könüllü icra olunmur və Borclu mülkiyyətində “MG 350” minik markalı ** DK *** qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4909/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan “MG 350” minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və duracağa yerləşdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Borclu məxsus “MG 350” minik markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və duracağa yerləşdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-533/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-533/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver