Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-533/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi İcra məmuru Cəlal Səfərlinin iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1764/2022-002 saylı icra sənədinin icrası ilə əlaqədar borclu «X1 LTD» MMC-nin əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(105)-1764/2022-002 saylı icra sənədinin icrası ilə əlaqədar borclu «X1 LTD» MMC-ə məxsus «KAMAZ 5320» yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 1764/2022-002 saylı icra sənədinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1764/2022-002 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu “X1 LTD” MMCdən cəmi 3009,79 manat manat məbləğində pul, 231,72 manat məbləğində faiz və 5,40 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, borclu X1 LTD” MMC-yə məxsus “KAMAZ-5320” yük markalı, 01AC770 dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomaşın üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatın təmin olunmasını xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbkarın nümayəndəsi və borclu məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1764/2022-002 saylı icra sənədinin icrası ilə əlaqədar borclu «X1 LTD» MMC-ə məxsus “Kamaz 5320” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1764/2022-002 saylı icra sənədinin icrası ilə əlaqədar borclu «X1 LTD» MMC-ə məxsus “Kamaz 5320” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-533/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-533/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver