Məhkəmə qərarları › İş №8(012)-534/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-534/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-534/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu mülkiyyətində olan avtokranın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Nəsimi Rayon Məhkəməsinin 2(006)-3943/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar MMC ilə cavabdeh Borclu arasında bağlanmış avtokranın icarəsi haqqında xx.xx.2020-ci il tarixli 02 saylı müqavilə ləğv edilməsi, “Kamaz 53212” markalı 90AG549 dövlət qeydiyyat nişanlı avtokran cavabdeh Borclu alınaraq iddiaçı Kamal TS MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması, ödənilmiş dövlət rüsumu iddiaçı aid edilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan «Kamaz 53212» markalı 90AG549 dövlət qeydiyyat nişanlı avtokranın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatı onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3943/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, «Kamaz 53212» markalı 90AG549 qeydiyyat nişanlı avtokran cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə təşkilatın haqlı narazılığına səbəb olmuşdur. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində «Kamaz 53212» markalı 90AG549 qeydiyyat nişanlı avtokranın olduğu müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimatdan müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3943/2021 saylı,xx.xx.2021-ci il tarixli icra vərəqəsi borclu tərəfindən könüllü icra olunmur və Borclu mülkiyyətində olan «Kamaz 53212» markalı 90AG549 qeydiyyat nişanlı avtokranın olduğu müəyyən edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3943/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan «Kamaz 53212» markalı 90AG549 dövlət qeydiyyat nişanlı avtokranın üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan «Kamaz 53212» markalı 90AG549 dövlət qeydiyyat nişanlı avtokranın üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar