Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-535/2022 18.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İcra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi X3, İcra sənədi üzrə Borclu iştirakı ilə, Borclu məxsus torpaq sahəsi üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-39/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,34 ha torpaq sahəsinin yerdə qalan 0,31 ha ehtiyat fondu torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-39/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə görə X5 və Borclu 44000 ABŞ dolları məbləğində pulun alınaraq "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkar təşkilatın haqlı narazılığına səbəb olmuşdur. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq qurumlara sorğular göndərilmişdir. Aparılan araşdırmalar nəticəsində Borclu mülkiyyətində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,34 ha torpaq sahəsi aşkar olunmuşdur. Bu barədə tələbkar da icra qurumuna müraciət etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən əmlakın üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi X6 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Borclu təqdimatın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı tədqiq edib, icra sənədi üzrə tərəflərin izahatlarını dinləyərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarından müəyyən edilir ki, icra sənədi üzrə Borclu mülkiyyətində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,31 ha torpaq sahəsi (ehtiyat fondu torpaqları kateqoriyalı) vardır. Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-39/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbləri qanunla nəzərdə tutulmuş vaxtda yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, icrasız qalır. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,31 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-535/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-535/2022
18.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver