Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-536/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata 16 oktyabr 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5264/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun məcburi gətirilməsi” tədbirinin tətbiq edilməsi və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-5264/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar, iş üzrə Borclu xx.xx.2021-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-5264/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə borclu və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə borclu və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarı dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə borclu Dadaşov X3 Rayon Məhkəməsinin 2(012)- 5264/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası barədə məlumatlandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilmişdir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, icra sənədi üzrə borclu Dadaşov X3 Rayon Məhkəməsinin 2(012)- 5264/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun çağırışı ilə gəlməkdən yayındığından onun barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx.xx.1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Qasımov küçəsi, dalan-1, ev 3-də qeydiyyatda olan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-536/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-536/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver