Məhkəmə qərarları › İş №8(012)-537/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-537/2024

19.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-537/2024 19.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu kəndli-fermer təsərrüfatının mülkiyyətində olan əmlakın üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu kəndli-fermer təsərrüfatından 616180 manat əsas borc, 60000 manat cərimə olmaqla, cəmi 676180 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2013-cü il tarixli, 01-LA/13 nömrəli, xx.xx.2013-cü il tarixli, 21-LA/13 nömrəli, xx.xx.2013-cü il tarixli, 22-LA/13 nömrəli və xx.xx.2014-cü il tarixli, 02-LA/14 nömrəli lizinq müqavilələrinin ləğv edilərək, lizinq obyekti olan texnoloji avadanlıqların saz vəziyyətdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması, cavabdeh Borclu kəndli-fermer təsərrüfatından 300 manat məbləğdə ekspertiza tədqiqatının dəyərinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, X1, kod 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu kəndli-fermer təsərrüfatının mülkiyyətində olan, 522 nömrəli qeydiyyat nömrəli vəsiqəsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi at yalı ərazisində yerləşən qeyri-yaşayış binası üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu kəndli-fermer təsərrüfatından cəmi 676180 manat məbləğində pul tutulub "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində Borclu kəndli-fermer təsərrüfatının mülkiyyətində 522 nömrəli qeydiyyat nömrəli vəsiqəsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi at yalı ərazisində yerləşən qeyri-yaşayış binası aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən əmlak üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilmələrinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər məhkəməyə gəlmədiklərinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh Borclu kəndli-fermer təsərrüfatından 616180 manat əsas borc, 60000 manat cərimə olmaqla, cəmi 676180 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu kəndli-fermer təsərrüfatının mülkiyyətində olan, 522 nömrəli qeydiyyat nömrəli vəsiqəsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi at yalı ərazisində yerləşən qeyri-yaşayış binası üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatı sözügedən icra sənədindəki tələb ilə mütənasib deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatında Abşeron rayonu, Hökməli qəsəbəsi at yalı ərazisində yerləşən qeyri-yaşayış binası üzərinə həbs qoyulmasını və tələbin həmin əmlaka yönəldilməsini məhkəmədən xahiş etsə də iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 321332/2-14188/24 nömrəli cavab məktubundan görünür ki, "Kəndimiz" kəndli-fermer təsərrüfatının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2,2415 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC Azadlıq filialının xeyrinə və "X3" ASC Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, daha sonra ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 19/6902 nömrəli bildirişinə əsasən və ləğv prosesində olan "X3" ASC-nin xx.xx.2016-cı il tarixli bildirişinə əsasən tutmaya yönəldilmiş, Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən sözügedən əmlak üzərinə həbs qoyulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu kəndli-fermer təsərrüfatının mülkiyyətində olan, 522 nömrəli qeydiyyat nömrəli vəsiqəsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi at yalı ərazisində yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar