Məhkəmə qərarları › İş №8(012)-539/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-539/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-539/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Füzuli Rayon Məhkəməsinin 2(064)-2127/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Borclu 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-2127/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Borclu 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədindəki tələb tam şəkildə təmin edilməmişdir. Belə olan halda icra sənədinin icrası ilə bağlı borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Bundan sonra Borclu istifadəsində olan (050)-350-32-31 telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış və sms bildiriş göndərilmişdir.Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş bununla da icra sənədinin icrasından yayınmışdır. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan, Abşeron rayonu,Məmmədli kəndində yaşayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-2127/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1978-ci il təvəllüdlü ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan,Abşeron rayonu,Məmmədli kəndində yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar